Avropada terror aktları necə hazırlanır? – Əsir götürülən İŞİD terrorçusu danışır

06.08.2017 - 11:13

Suriyada əsir götürülən İŞİD terrorçusu qruplaşmanın Avropada terror aktları hazırlayan məxfi qanadı barədə danışıb.
APA-nın “Times”a istinadən verdiyi xəbərə görə, məxfi qanad “Əl Kharsa” adlanır. Dəstəyə qəbul edilən avropalılar Suriyadakı gizli düşərgələrdən birində sərt təlim keçdikdən sonra öz vətənlərinə qayıdırlar. Kurs çərçivəsində gələcək terrorçular partlayıcı qurğular hazırlamağı öyrənirlər və güclü ideoloji təsirə məruz qalırlar.
“Dəstədə sərt təlim 7 ay davam edir. Çox çətindir. Suriya sərhədini keçən hər bir avropalıya dəstəyə üzv olmaq təklif edilir. Təlimə başlayan 20 nəfərdən cəmi beşi kursu bitirməyə müvəffəq olur. Bundan sonra onlar Avropaya qayıdaraq terror aktları törədirlər”, – deyə əsir bildirib.
İŞİD-in “Əl Kharsa” qanadında qeyd olunan proqramdan başqa Avropanın özündə potensial terrorçularla iş üzrə xüsusi mərkəz də fəaliyyət göstərir: “Bəzən əcnəbilər Suriyaya gələrək xüsusi missiyalar üçün təlimlər keçirlər. Sonra onlar özləri terror aktları törədirlər”.
Əsir götürülən terrorçu İŞİD sıralarında döyüşdüyü iki il müddət ərzində Almaniya, Fransa, Belçika və Britaniyadan olan 50-dək silahlının məxfi dəstədə təlimi müvəffəqiyyətlə bitirdiyinin şahidi olub.
Əsirin sözlərinə görə, İŞİD-in Suriyada ciddi itkilərinə baxmayaraq “Əl Kharsa” dəstəsi fəaliyyətini davam etdirir: “Paris və Brüsselsə törədilən terror aktları məhz bu dəstə tərəfindən hazırlanıb. Onlar Avropada silsilə terror aktları törədəcəklər, çünki koalisiya onlara çoxlu zərbələr endirir. Onlar həmçinin Livanda da terror aktları törətməyi planlaşdırırlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=97526

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31