ABŞ Rusiyaya tezliklə cavab verəcək – Tillerson

07.08.2017 - 11:23

ABŞ hökuməti Rusiyadakı diplomatik personalın sayının azaldılmasına görə, Moskvanın cavabını sentyabrın 1-nə qədər verəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.
Diplomatın sözlərinə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşü zamanı ona Rusiyanın mövqeyi ilə bağlı bir neçə aydınlaşdırıcı suallar verib. Tillerson həmçinin Lavrova ABŞ-ın Rusiyanın ölkədəki amerikalı diplomatların sayını azaltmaqla bağlı qərara cavab vermək niyyətində olduğunu bildirib. Dövlət katibi cavab tədbirlərinin mahiyyəti barədə hər hansı bir açıqlama etməyib.
Qeyd edək ki, Rusiya hökuməti ölkədəki amerikalı diplomatik personalın sayının təxminən 62 faiz azaldılmasını qərara almışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=97648

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31