Səudiyyənin vəliəhdinə sui-qəsd olunub
Səudiyyə Ərəbistanında taxtın varisi şahzadə Məhəmməd bin Salmana sui-qəsd olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın yarı-rəsmi xəbər agentliyi olan Fars Xəbər məlumat yayıb.
Şahzadəni öldürməyə çalışan şəxs ölkənin kral ailəsindən olan digər bir şahzadə olub. Vəliəhdin səhhətinin yaxşı olduğu, sui-qəsdi təşkil edən şahzadənin isə həbs edildiyi bildirilir.
Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səudun isə gözləniləndən daha tez bir zamanda taxtı oğluna verəcəyi bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=97678