Qazaxıstanda deputat özünü asıb
Qazaxıstanın Cambıl bölgəsindən olan deputat, “Luqov Relsqaynağı müəssisəsi”nin filial direktoru Kayrat Terlikbayev asılı halda aşkar edilib.
“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, deputatın cəsədi avqustun 5-də tapılıb. Onun özünü asaraq intihar etdiyi bildirilir.
Meyitə baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=97695