İraqda zəvvarları daşıyan avtobus aşıb – 1 ölü, 35 yaralı var
İraqın Süleymaniyyə şəhərində Həccə getməyə hazırlaşan zəvvarları daşıyan avtobus qarşıdan gələn avtomobillə toquşub.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, qəzadan sonra aşan avtobusdakı zəvvarlardan 1-i ölüb, 35-i isə yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb edilib. Yaralılar ən yaxın xəstəxanalara yerləşdirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=97752