Oljas Süleymanov: “Bakıya və Yerevana səslənirəm, tələb edirəm…”

10.08.2017 - 12:08

Görkəmli qazax yazıçısı və ictimai xadimi Oljas Süleymanov Belçikanın Lyej şəhərində YUNESKO-nun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan və Ermənistan ziyalılarını Qarabağ münaqişəsinin həlli yollarını tapmaq üçün görüşməyə çağırıb. Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, yazıçı MDB məkanındakı münaqişələrin nizamlanması üçün Qazaxıstanda konfrans keçirilməsini də təklif edib.

“Mən bu tribundan Bakıdakı və Yerevandakı, habelə Kiyevdəki və Moskvadakı həmkarlarıma bu xahiş və tələblə səslənirəm-görüşmək lazımdır”, – Oljas Süleymanov bildirib.
Oljas Süleymanov çıxışında deyib ki, 20-ci əsr bir neçə şüarlar altına keçdi. Onlardan başlıcası müstəqillik idi. “SSRİ-nin dağılmasından sonra bir neçə yeni müstəqil dövlətlər yarandı. Onlardan bəziləri artıq vətəndaş müharibələrini, klanların mübarizəsini, qonşuları ilə toqquşmaları sınaqdan keçiriblər. Gözlənilməz müstəqillik nəinki əbədi qonşular olan Ermənistan və Azərbaycanı, eləcə də Ukrayna və Rusiyanın qardaş, yaxın qohum xalqlarını bir-birinə düşmən etdi”, – yazıçı deyib.
Oljas Süleymanov qeyd edib ki, indi ümumdünya fəlakəti bir addımlıqdadır və istənilən lokal münaqişə dünya müharibəsi mexanizmini hərəkətə keçirən tətik rolunu oynaya bilər. Və bu müharibə homo sapiens növünün nəslinin kəsilməsinə gətirib çıxarar. Yazıçı MDB məkanındakı münaqişələrin nizamlanmasının yolunun danışıqlardan, müzakirələrdən keçdiyini deyib, Qazaxıstanın bu məqsədlə konfrans təşkil etməyə hazır olduğunu bildirib.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=97868

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31