3.5 milyon könüllü orduya yazıldı – Müharibə
Şimali Koreyada son 3 gün ərzində ABŞ-la mübarizə aparmaq məqsədi ilə 3.5 milyon nəfər könüllü olaraq ordu sıralarına yazılmaq üçün müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Şimali Koreya mətbuatı informasiya yayılıb.
“Xalq ABŞ-a 10 qat daha ağır zərbə endirmək üçün ayağa qalxıb. İnsanlar yalvarırlar ki, onları ordu sıralarına qəbul etsinlər. Yalnız avqustun 9-da Xvanxe-Pukto bölgəsində 89 min gənc orduya qəbul edilmək üçün müraciət edib”, – Şimali Koreyanın hökumət qəzetində yazılıb.
Qeyd edək ki, ABŞ və Şimali Koreya arasında olan gərginlik Şimali Koreyanın ABŞ-ın Quam adalarına hücuma hazırlaşması ilə bağlı yayılan xəbərlərlə ən yüksək həddə çatıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=97911