Böyük Britaniya kraliçası taxt-tacından imtina etmək niyyətindədir
Böyük Britaniya kraliçası II Elizabet oğlu şahzadə Çarlzın xeyrinə taxt-tacdan imtina etmək niyyətindədir.
APA-nın məlumatına görə, bu barədə “The Mirror” qəzeti yazıb.
Məlumata əsasən, kraliça dörd ildən sonra, yaşı 95-ə çatdıqda taxt-tacından imtina edəcək. Zəruri sənədlərin hazırlanması üçün prosedurun artıq başlandığı qeyd olunur.
“Kraliça II Elizabet əmin olmaq istəyir ki, zaman gəldikdə məsələ insidentsiz həll olunacaq”, deyə məlumatlı mənbə qəzetə bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=97977