Səudiyyə Ərəbistanı şəhzadəsi 300 çamadan və 30 velosipedi ilə Bodruma gəldi – FOTOLAR
Səudiyyə Ərəbistanı şəhzadəsi Əl-Vəlid bin Təlal bin Abdüləziz əl Səud və ailəsi istirahət etmək üçün Bodrum şəhərinə gəlib.
“A24.az”ın Türkiyə KİV-lərinə istinadən əldə etdiyi məlumata görə, şəhzadə və ailəsinin də içərisində olduğu şəxsi təyyarə axşam saatlarında Milas-Bodrum hava limanına təhlükəsizlik qüvvələrinin müşayəti ilə eniş edib. Hətta təhlükəsizlik qüvvələri media nümayəndələrinə ərazidən görüntü və şəkil çəkməmələri üçün mane olublar.
Təyyarə eniş edəndən sonra havalimanında gözləyən 6 VİP avtomobil və şəhzadənin ailəsinin mindiyi avtobus polis və təhlükəsizlik qüvvələrinin müşayəti ilə ərazidən uzaqlaşıb. Lakin ailəyə aid 300 çamadan və 30 velosipedin də olduğu əşyalar isə işçilər tərəfindən uzun müddət yük maşınına boşaldılıb.
Deyilənlərə görə, Səudiyyə Ərəbistanı şəhzadəsi Əl-Vəlid bin Təlal bin Abdüləziz əl Səud və ailəsinin təqribən bir həftə Bodrumda istirahət edəcək və şəxsi gəmiləri ilə dəniz turuna çıxacaqlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=97984