Kremlin boz kardinalı Trampın adamı ilə görüşə gedir

14.08.2017 - 10:02

Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə müşaviri Kurt Volkerlə görüşü ya Avstriya, ya da İsveçrədə baş tutacaq.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

“ABŞ rəsmiləri görüş yerini hələ müəyyənləşdirilməyib. Görüşün Cenevrə və ya Vyanada keçirilməsi məsələsinə baxılır”, – agentlik bildirib.

Volker Surkovla avqustun sonuna kimi görüş keçirməyi təklif etmişdi.

Vladislav Surkov Rusiyanın boz kardinalı hesab edilir. Bəzi ekspertlər məhz onun Krımın anneksiyasının müəllifi olduğunu bildirirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=97997

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31