Türkiyədəki zəlzələlərə səbəb gizli silahdır? – Açıqlama

15.08.2017 - 11:04

Gizli silahlarla süni şəkildə yaradılan yeraltı təkanlarla təbii prosesləri bir-birindən ayıran metodika var.
Bu sözləri axar.az-a Respublika Seysmoloji Xidmət Mərkəzi baş direktorunun elmi məsələlər üzrə müavini, seysmoloq Azay Rzayev son aylar Türkiyədə davamlı olaraq baş verən yeraltı təkanların səbəbləri və Azərbaycana təsirləri barədə damışarkən deyib.
A.Rzayevin sözlərinə görə, Türkiyədə baş verən təkanlar təbii prosesdir:
“Türkiyə ərazi olaraq aktiv zonada yerləşir. Orada tez-tez belə halların baş verməsi normaldır. Son aylar orada qeydə alınan yeraltı təkanlar təbii prosesdir. Hər hansısa gizli silahlarla süni şəkildə yaradılan təkanlarla təbii prosesləri bir-birindən ayıran metodika var. Adi vətəndaşlar bunu hiss edə bilməsə də, biz bunu ayırd edə bilirik. Türkiyədəki proseslərin gizli silahla heç bir əlaqəsi yoxdur, təbii proselərdir”.
Direktor müavininin sözlərinə görə, qonşu ölkələrdə zəlzələnin baş verməsi Azəbaycanda da zəlzələ olacağını deməyə əsas vermir:
“Belə bir qanunauyğunluq yoxdur ki, orada olubsa, bizdə də mütləq şəkildə təkrarlanacaq. Bu yeraltı təkanlar həmin əraziyə uyğundur. Orada baş veribsə dalğa şəklində bizə, bizdən başqa ölkəyə və digərlərinə də keçmə halı baş verməyib bu günə qədər. Türkiyənin ardınca Azərbaycanda zəlzələ olma ehtimalı yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=98109

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31