Kolumbiya prezidenti 50 illik münaqişənin başa çatdığını elan edib

16.08.2017 - 10:05

Kolumbiya prezidenti Xuan Manuel Santos Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (KİSQ) tam tərksilah olunduğunu və bununla da qiyamçılarla hökumət arasında 50 illik münaqişənin başa çatdığını elan edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ötən gün Kolumbiyada KİSQ üzvlərinin tərksilah edilməsi prosesi ilə bağlı son tədbirlər keçirilib.

Qeyd edək ki, Kolumbiya İnqilabi Silahlı Qüvvələri yerli kommunist partiyasının hərbi qolu kimi 1964-cü ildə yaradılıb. Qruplaşmanın sıralarında 20 minədək silahlı döyüşüb. Qiyamçılarla hökumət arasında sülh danışıqları dörd il davam edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=98169

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31