Ümid edirəm Tramp öldürüləcək – Senator
ABŞ-ın Missuri ştatından olan senator Mariya Şappel-Nadal ölkə başçısının öldürüləcəyinə ümid etdiyini bildirib.
Axar.az xəbər verir ki, xanım senator şəxsi Feysbuk hesabında prezidentə qarşı bu tip ifadələri ilə diqqət çəkib.
Məlumata görə, Şappelin bu sözləri həmkarı tərəfindən mənfi qarşılanıb. Senator mətbuata verdiyi informasiyada artıq xüsusi xidmət orqanlarının ifadələri ilə bağlı onunla görüşdüyünün bildirib.
“Mən onlara izah etdim ki, heç kimə zərər vermək və ya kimisə buna məcbur etmək fikrim yoxdur”, – senator deyib.
Qeyd edək ki, Missuri ştatının qubernatoru Erik Qritens senatorun prezidentlə bağlı paylaşımından sonra vəzifədən kənarlaşdırılmalı olduğunu bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=98225