SSRİ-dəki son çevriliş: İmperiyanı çökdürən üç gün – Tarix

19.08.2017 - 14:06

Bu gün SSRİ-dəki son çevriliş cəhdinin 26 ili tamam olur.

Axar.az xəbər verir ki, 1991-ci ildə bir qrup SSRİ lideri, ölkənin son prezidenti Mixail Qorbaçovun hakimiyyətdən uzaqlaşdırıldığını bildirdilər. Onlar Fövqəladə Vəziyyətlə bağlı Dövlət Komitəsinin (QKÇP) yarandığını bəyan etdilər. Qorbaçov tezliklə Krımda tam nəzarət altına alındı. QKÇP Qorbaçovun sağlığındakı problemlərlə əlaqədar vəzifəsini icra edə bilmədiyini və bütün səlahiyyətlərinin vitse-prezident Gennadi Yanayevə verildiyi haqda məlumat yaydı.
Tezliklə bütün SSRİ-də fövqəladə vəziyyət tətbiq edildi, bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı, kütləvi aksiyalar qadağan edildi, Moskva da daxil olmaqla bütün şəhərlərə ordu yeridildi.
Komitəyə ən böyük zərbə Rusiya Sovet Federativ Sosialist Respublikasının Prezidenti Boris Yeltsin tərəfindən vuruldu. Belə ki, Dövlət Təhlükəsizlik Komitəsinin Alfa qrupu əvvəlcə Yeltsini nəzarət altına alsa da, sonradan onun Moskvaya gəlməsinə izn verildi. Bu isə QKÇP-nin çökməsində mühüm rol oynadı.
Avqust çevrilişi 3 gün davam etdi. Avqustun 21-də qiyam yatırıldı, şəhərlərdən ordu çıxarıldı. 22 avqustda isə Mixail Qorbaçov Moskvaya qayıtdı. QKÇP-nin bütün üzvləri həbs edildi. Onlar vətənə xəyanətdə ittiham edilsələr də, sonradan hər biri əfv edilərək azadlığa buraxıldı. QKÇP-dən cəmi dörd ay sonra SSRİ süqut etdi.
Qeyd edək ki, QKÇP-yə SSRİ vitse-prezidenti Gennadi Yanayev, Müdafiə nazirinin müavini Oleq Baklanov, DTK sədri Vladimir Kryuçkov, Baş nazir Valentin Pavlov, Daxili İşlər naziri Boris Puqo, Kəndli Birliyinin sədri Vasili Starodubçov, Dövlət Sənaye, Nəqliyyat, Tikinti Obyektləri Assosiyasiyalarının prezidenti Aleksandr Tizyakov və Müdafiə naziri Dmitri Yazov daxil idi.

Short URL: http://www.cumhuriyyet.net/?p=98229

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31