Təlafər əməliyyatı başladı: İŞİD-ə amansız mesaj
İraq Baş naziri Heydər Abadi Təlafər əməliyyatının başladığını açıqlayıb və İŞİD-ə mesaj göndərib.
Axar.az xəbər verir ki, Abadi dövlət televiziyasına açıqlamasında “Təlafər şəhəri azad ediləcək. İŞİD-ə bir mesajım var: seçim şansınız yoxdur, ya təslim olun, ya da ölün!” – deyib.
O, Təlafər əməliyyatında İraq əsgərlərinin, terrorla mübarizə birliklərinin və Haşdi-Şabi qruplaşmasının yer aldığını bildirib.
Qeyd edək ki, türkmən şəhəri olan Telafər 2014-cü ildə İŞİD-in nəzarətinə keçib.
Short URL: http://www.cumhuriyyet.net/?p=98268