Barselonanı qana bulayan terrorçu tutuldu
Avqustun 17-də Barselonada törədilən terror aktında avtomobili insanların üzərinə sürən terrorçu saxlanılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı Mərakeş əsilli terrorçu Yunus Əbu Yaqub Barselona əyalətinin San-Sadurni-dAnoyya şəhərində tutulub.
Xatırladaq ki, terrorçu avqustun 17-də Barselonada avtomobili küçədə 530 metr məsafədə insanların üzərinə sürüb və qarşısına çıxanı əzib. Hadisə nəticəsində 15 nəfər ölüb, 130 nəfər isə yaralanıb. Teraktı İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=98318