Şimali Koreya raketlərin sayını artırır
Şimali Koreya lideri Kim Çen In Kimyəvi Materiallar Elmi İnstituta baş çəkərək bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalının artırılmasına dair göstəriş verib.
Virtualaz.org bildirir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“Kim Çen In elmi instituta dəqiq dəzgahlar, karbon və qarışıq materiallardan istifadə etməklə bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalını artırmağı tapşırıb”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, Şimali Koreya bundan əvvəl ABŞ-ın aviabazasının yerləşdiyi Quam adasına zərbənin endirilməsi ilə bağlı hazırlıq işlərinin başa çatdırıldığını bəyan edib.
Daha əvvəl isə ABŞ-ın dövlət katibi Reks Tillerson qeyd etmişdi ki, KXDR BMT-nin Koreya Xalq Demokratik Respublikası ilə bağlı sanksiyalarından sonra hərəkətlərində təmkinlilik nümayiş etdirib
Short URL: http://www.cumhuriyyet.net/?p=98524