Təbriz ayağa qalxır: Ərk qalasında kütləvi etiraz – Video

24.08.2017 - 01:21

Təbrizin tarixi Ərk qalasında qazıntı işlərinin aparılmasının qarşısını almaq üçün etiraz aksiyasına çağırış edilib. Cumhuriyyet.net Günaz TV-yə istinadən xəbər verir ki, azərbaycanlılar bu gün yerli vaxtla saat 18:00-da Ərk qalasının ətrafında insan zənciri təşkil edərək, Müsəlla Fondunun parkinq tikmək bəhanəsi ilə tarixi qalanı məhv etməsinə etiraz edəcəklər.

Qeyd edək ki, ötən günlərdə güneyli soydaşlarımız virtual aləmdə Ərk qalasında qazıntı işlərinin aparılmasını əks etdirən videolar yayıblar. Tarixi Ərk qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=98600

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31