Dünyanın ən zəngin adamı dəyişib

31.08.2017 - 09:00

İspaniyanın “Inditex”şirkəti və “Zara” ticarət markasının yaradıcısı Amansio Orteqa “Forbes”un versiyasına əsasən dünyanın ən zəngin adamına çevrilib.

APA-nın məlumatına görə,“Inditex”-in səhmlərinin qiymətinin kəskin artması A.Orteqaya “Microsoft”un yaradıcısı Bill Geytsi üstələməyə imkan verib.

“Forbes”un hesablamalarına əsasən, hazırda A.Orteqanıın sərvəti 85 milyard dollar təşkil edir. Son ay ərzində 81 yaşlı iş adamı sərvətini 1,2 milyard dollar artıra bilib.

“Inditex”in başçısı bundan əvvəl iki dəfə, 2015 və 2016-cı illərdə “Forbes” jurnalının reytinqdə 1-ci yerə yüksəlsə də, qısa müddət ərzində birincilik yenidən B.Qeytsə keçib.

Short URL: http://www.cumhuriyyet.net/?p=98894

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31