İrəvan son anda hərbi təlimdən imtina etdi – Səbəb

04.09.2017 - 10:43

Ermənistan hakimiyyətinin son anda NATO-nun Gürcüstandakı növbəti hərbi təlimindən imtina etməsinin səbəbi aydındır: Moskva qadağan edib!

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İrəvanın NATO-nun Gürcüstandakı təlimindən imtinasını şərh edərkən vurğulayıb. Politoloq bildirib ki, Tiflisdən verilən məlumata görə, NATO-nun təlimlərində bir sıra dövlətlərlə yanaşı, Azərbaycan da iştirak edəcək:

“Əgər bu xəbər təsdiqini taparsa, Bakının doğru addım atdığını vurğulamalıyam. Ermənistandan fərqli olaraq, biz kimsənin diqtəsinə baş əyməməliyik, maraqlarımıza uyğun hərəkət etməliyik, doğru olan da budur”.

E.Şahinoğlu həmçinin qeyd edib ki, İrəvan bundan öncəki təlimlərdə iştiraka görə Moskvadan icazə almışdı. Ermənistan tamamən Rusiyadan asılı olduğundan bu ölkənin maraqlarına zidd addım ata bilməz.

Qeyd edək ki, Gürcüstanda NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimi sentyabrın 3-dən başlayıb və 11-nə qədər davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=98951

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31