Şimaldan sonra sıra Cənubi Koreyadadır: 2 ballistik raket atıldı

04.09.2017 - 11:20

Şimali Koreyanın təhlükəli raket sınaqlarının ardından Cənubi Koreya 2 ballistik raket sınağını həyata keçirib.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya 2 ədəd Hyunmoo II ballistik raketini ard-arda atıb. Şimali Koreyanın dünən həyata keçirdiyi nüvə sınağına qarşı atılan raketlərin fotoları dünyaya yayımlanıb. Cənubi Koreya həmçinin Şimali Koreya ilə sərhəd bölgə olan Pajuda hərbi təlimlər həyata keçirir.

Qeyd edək ki, dünən Şimali Koreyanın nüvə sınağı barədə bir çox ölkə və təşkilat nümayəndləri açıqlamalar verib. Ən sərt bəyanat isə ABŞ müdafiə naziri Ceyms Mattisdən gəlib. Mattis bildirib ki, Şimali Koreya hansısa hərbi hücuma əl atsa, bunun cavabı hərbi müdaxilə olacaq. ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyanı quldur dövlət adlandıraraq böyük təhlükə mənbəyi olduğunu deyib. Bundan əlavə Avropa İttifaqı və BMT də Şimali Koreyanın bu addımını qınayan bəyanatlarla çıxış edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=98963

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31