Hikmət Hacıyevə açıq məktub: Vüqar Əliyevlə Zakir Həsənovun siyahısındakı fərq

14.03.2021 - 00:36

Heç vaxt məmurlara simpatiyam olmayıb. Bu, bəlkə də içimdəki Nizami Gəncəvi utopiyasının (bu il Nizami Gəncəvi ilidir deyə, burda hökumətə jest edirəm) bir gün reallaşacağına inamla bağlıdır. Amma elə məmurlar olub ki, bu prinsiplərimi pozub. Məsələn , Əli Məsimli baş nazir, Tofiq Qasımov xarici işlər naziri, Misir Mərdanov BDU rektoru, Fərhad Əliyev iqtisadi inkişaf naziri, Kəmaləddin Heydərov FHN rəhbəri, İsgəndər Həmidov və Ramil Usubov polis şefi kimi bir çox məmurlara olan münasibətimdən müsbətə doğru əks hissi yaradıb. Saydıqlarım arasında dünyasını dəyişənlər də var. Tanrı ölənlərin ruhunu şad, qalanları günahdan uzaq eləsin. Bu sırada sonuncu yer alanlardan biri də prezidentin köməkçisi Hikmət Haciyev(idi )dir. İnanın ki, “idi” yazmaq mənim üçün də asan deyildi . Ona görə də mötərizəyə aldım ki , bəlkə ixtisar etmək mümkün oldu. İndi isə keçək Mustafaya…

Nə 44 günlük müharibədən , nə də bu müddətdə Azərbaycan xalqının  və dövlətinin göstərdiyi mətanətdən yazmaq niyyətində deyiləm. Bunu sözlə ifadə etmək olmaz , ancaq yaşamaq olardı və yaşadıq .Həmin günlərin qəhrəmanlarından biri də Hikmət Hacıyev idi. Həm də tək çıxışlarına görə yox, həyat tərzinə , baxışlarına, davranışına görə adam xalqın sevgisini qazanmışdı. Bu xalqın (elə həm də mənim) sevgisini qazanmağa nə var ki… Allahın bəndə kimi verdiyi ömrü insan kimi yaşamaq yetər. Axı heç kəs dünyaya məmur kimi, bahalı kreslo və avtomobillərdə gəlməyib və dünyadan da  heç kim məmur kimi getməyib. Çox böyük sayqım olan Hikmət müəllimin də bu həqiqəti bilib əməl etdiyinin fərqindəyəm. Ona görə aşağıdakı sualları ərklə, Qarabağ savaşının cəbhədə döyüşən zabitinin diplomatiya meydaninda savaşan generalına etik  müraciəti kimi qəbul edin:

  • Hikmət müəllim , Ağdama son media səfərində məqsəd Qarabağın Azərbaycan torpaqlarının olmasını Azərbaycan mətbuatına qəbul etdirmək idi yoxsa pul silmək?
  • Bu səfərin iştirakçılarını müəyyənləşdirərkən birbaşa savaşda olan jurnalistlərimiz də yadınıza düşdümü ?
  • Bu artıq neçənçi dəfədir ki , Qarabağ savaşı və media birgəliyi ilə bağlı dövlət səviyyəsində tədbirlər keçirilir və heç biririnə bu savaşda iştirak edən media təmsilçiləri dəvət olunmur. Bu unutqanlıqdır yoxsa saymamazlıq?
  • Prezidentin “mənim dostlarım” dediyi jurnalist camiəsinin Qarabağ veteranı olan kəsiminə belə münasibət göstərilirsə, sadə vətəndaşlar arasından olan Qarabağ döyüşçülərinə sayğısızlığı təsəvvür edirsinizmi?
  • …Və nəhayət media ilə bağlı məsələləri Prezident Admistrasiyasında hələ də Vüqar Əliyev həll edirsə , onda Əli Həsanovu işdən azad etməyə nə gərək var idi?…

Suallar çoxdur, Hikmət müəllim. Bu suallara cavab verməyinizdən daha çox həmin sualları və problemi özünüzün də bildiyinizə ümid edirik. İnanın ki , Ağdamdan fotolar yayan həmkarlarımıza ancaq uğur dilədik. Amma Taleh Şahsuvarlı , İlham Tumas kimi döyüşçü jurnalistlərimizin həmin ərazidə savaş xatirələrini də bölüşmək daha gözəl olmazdımı. Gerçəkdən köhnəliyə yox deyib prezidentin çıxışlarında ifadə olunan yeni sistem qurmaq iddiasındayıqsa , belə qüsurlarla alınmayacaq. Və siz  heç narahat olmayın, bu gün Ağdama, Şuşaya, Zəngilana rahat avtobuslarda çox jurnalist səfərləri təşkil olunar . Həmin səfərlərdə Vüqar Əliyevin siyahısı işləyəcək.  Amma sabah Xocalıya, Əsgərana , Xankəndiyə tank üzərində getmək lazım olacaqsa, Zakir Həsənovun siyahısı əsas götürüləcək  və əmin olun biz yenə də ikinci siyahıda olacağıq, Hikmət müəllim.

Nəsimi Şərəfxanlı, ehtiyatda olan zabit, II Qarabağ müharibəsi iştirakçısı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161776

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031