ADNA-DA KEÇİRİLƏN «SAXTA İMTAHAN»

25.03.2021 - 11:10

Azərbaycan təhsil sistemi hər zaman cəmiyyətin əsas müzakirə predmeti olaraq qalır. Çünki bu sahədə uzun illər kök salmış problemlər təhsilimizin inkişafına mane olur, rüşvətin və korrupsiyanın şaxələnməsinə şərait yaradır. Təhsil sistemində bu sahəni hələ də «bazar» ideologiyası ilə idarə edən bir çoxları müxtəlif yollarla kreslolarını qorumağa can atır.

Redaksiyamıza Həmidov İlham Şirvan oğlu şikayət ərizəsi ilə müraciət edərək pozulmuş hüquqlarının və eyni zamanda maddi və mənəvi ziyanının bərpası üçün düşdüyü vəziyyəti ictimailəşdirməyimizi xahiş etmişdir. Biz də daxil olan məlumatları nə qədər saf-çürük etsək də, bütün riyazi və ədalət qanunlarını təklif etsək də heç bir uyğunluq aşkar edə bilmədik. Odur ki, bu «möcüzənin» həllini tapnmaq üçün Təhsil naziri E.Əmruıllayevə ünvanlamağı qərara aldıq.

«Mən Həmidov İlham Şirvan oğlu 05.10.2018 ci il tarixdə Özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən Ağayeva Aksana və həyat yoldaşı Ağayev Firudun tərəfindən Azərbaycan Dövlət Neft Akademiyasında dövlət qulluğuna imtahan keçirdərək məndən 50.900 manat məbləğində pulu almışlar və əvəzində məni TN nin təhcizat idarəsinin müdüri vəzifəsinə işə düzəldəcəkləri barədə söz vermişlər.

ADNA-DA KEÇİRİLƏN «SAXTA İMTAHAN»

Sonra məlum olmuşdur ki, ADN akademiyasının bir qrup işçiləri Aksana Ağayeva ilə əlbir olmuş məni və onlarla insanları aldadaraq külli-miqdarda pul mənimsəmişlər.

ADNA-DA KEÇİRİLƏN «SAXTA İMTAHAN»

( Akademiyada imtahanlar keçirilmiş, autoriyalar da aylarla aldadılan şəxslər tələbə kimi dərslərdə iştirakı təmin olunmuşdur) Dəfələrlə Neft Akademiyasının rektoru və digər rəhbər vəzifəli şəxslərinə müraciət etsəkdə bu hadisə ört basdır edilmiş və cinayətkar qrupun digər üzvləri aşkarlanmamış və mənə dəyən zərər ödənilməmişdir.»

Bəli, bu məsələ sözün əsl və həqiqi mənasında təhsilimizin ən ali zirvəsinə utancdan başqa bir şey verməz. Axı necə olur ki, ADNA-da bir qrup dələduz tərəfindən işə qəbul məqsədilə imtahanlar, aylarla dərslər keçirilir, rektor M.Babanlının bundan xəbəri olmur?

Mövzunu diqqətdə saxlayacağıq.

PS. Nazirliklərin, universitetlərin mətbuat xidmətləri bilavasitə bu qrumların cəmiyyət və media ilə sıx əlaqələr qurmasına xidmət edir. İnsafən bəzi nazirliklərin, universitetlərin mətbuat xidməti operativ işləsələr də bir çox qrumlarda bu formal xarakter daşıyır. Bəzən isə özü medianın «şinelindən» çıxan həmkarlarımız kabinetlərinə tam yerləşən kimi «məmur xəstəliyi»nə tutulur, keçmişini unudur. Bəhs etdiyimiz mövzu ilə bağlı məsələyə aydınlıq gətirmək üçün ADNA-nın mətbuat xidmətinin rəhbəri Bəhruz müəllimlə əlaqə saxladıq. O, maşın sürüdüyünü, kruqda olduğunu, yarım saat ərzində cavab verəcəyini bildirdi. Lakin bir sutka keçməsinə baxmayaraq Bəhruz müəllimdən xəbər gəlmədi. Görünür, Bəhruz müəllim bu dəfə «kruqu» bir az geniş götürüb.

NİCAT MAHMUDOV
Rubrika.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161804

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031