Zaqatalada meşə qətliamı: Nazirlik niyə susur?

22.04.2021 - 13:23

Azərbaycanın əksər rayonlarında ölkənin əsas təbii sərvətlərindən olan meşələrə divan tutulur. Bu problemlər əsasən ucqar rayonlarda müşahidə olunur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, digər rayonlar kimi Zaqatala meşələri də amansızcasına məhv edilir. Məlumatda bildirilir ki, rayonun təbii sərvəti olan meşələrə qarşı “yaşıl soyqırım”ı isə başqaları deyil, məhz Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsi həyata keçirir.
Məlumatda bildirilir ki, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Sərxan Əliyev Zaqatala meşələrini özünün əsas biznesinə çevirib. Belə ki idarə müdiri nadir ağac növlərini kəsdirərək taxta-şalban və mebel sexlərinə satdırır. O, meşə gözətçilərindən də hər ay konkret məbləğdə rüşvət tələb edir ki, gözətçilər bu pulu çıxarmaq üçün ağaclara qənim kəsilirlər.
Bildirilir ki, idarə müdiri Ekologiya və Təbii Sərvətlər nazirliyindən gələn yoxlamaların gözünə kül üfürmək üçün ağacları traktorlar vasitəsi ilə kökündən çıxartdırır. Sonra da həmin ağacları “çəkic”ləyərək təbii fəlakət nəticəsində yıxıldığını sənədləşdirir.
Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə meşələrdə əsasən qoz, çökə, palıd, vələs ağacları məhv edilir. Ancaq sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Hazırda Zaqatalada ondan çox mebel və qapı-pəncərə sexinin olduğu bildirilir. Bu sexlərin bir neçəsinin isə Sərxan Əliyevin qohumlarına məxsus olduğu söylənilir. Məlumata görə, indiyə qədər bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sərxan Əliyevlə bağlı müraciət edilib. Ancaq şikayətlər hələ də öz nəticəsini verməyib. Çünki rayon icra hakimiyyətində olan bəzi vəzifəli şəxslər onu müdafiə edirlər. digər tərəfdən Sərxan Əliyevin nazirlikdəki “dostlar”ı həmin şikayətlərin nazir Hüseyqulu Bağırova çatmasını əngəlləyirlər. Zaqatala rayon Üçüncü Tala kənd meşələrindən çəkilmiş fotoları diqqətinizə çatdırırıq. Bildirək ki, “Hacının meşəsi” və “Vaqifin meşəsi” adlanan bu ərazidə mebel sexi də fəaliyyət göstərir….
Araşdırmamız davam edəcək..

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162567

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031