Abşeronda icra başçısı ilə direktorun Balakəndən başlayan dostluğu və qalmaqalı tir

25.05.2021 - 11:28

Xırdalan şəhər 2 saylı orta məktəblə bağlı mətbuatda dəfələrlə tənqidi materiallar dərc olunub. Məktəbin direktoru Ədalət Camalovanın iş üslubundan yaranan problemlər xeylidir. Bu şəxslə bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumata görə, direktor hazırki icra başçısı ilə illərin rəfiqəsidir, onlar illər öncə Balakəndə tanış olublar. O vaxt İradə Gülməmmədova rayon poliklinikasında pediatr, Ədalət Camalova isə bağça müdirəsi kimi çalışıb. Sonra İdarədə xanım Abşerona təyinat aldı. Əvvəlcə Abşeron rayon uşaq poliklinikasının baş həkimi olaraq çalışdı. Daha sonralar yerli icra hakimiyyətində məsul vəzifə tutdu. Ədalət Camalova isə o vaxt Təhsil Nazirliyində söz sahibi olan , Misir Mərdanovun müavini İsgəndər İsgəndərovun köməkliyi ilə Xırdalanda 1 saylı məktəbə direktor gətirildi.İndi də bu iki xanımın Abşeron ittifaqı davam edir.
Xanım icra başçısı ilə yaxınlığına güvənən Xırdalan şəhər 2 saylı orta məktəb direktoru Ədalət Camalovun tək özü deyil oğlu da meydan sulayır. Bir neçə il öncə bu cavan oğlanın bir xanımla bağlı adı hallanan iş hüquq mühafizə orqanlarına qədər uzansa da sonradan bu məsələ örtbasdır edildi. İndi bu gənc Xırdalan şəhərinin Heydər Əliyev parkında obyektlərə sahibdir. Gənclərə hərbi vətənpərvərlik aşılamaq üçün tir də fəaliyyət göstərir. Ədalət xanımın oğlunun gənclərə qayğısı bununla yekunlaşmır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, o şəhərin, konkret olaraq bu parkdakı tir istifadəçisi olan şagirdin Türkiyəyə göndərilməsinə yardımçı olub.
Məsələnin təfərrüatını yaxın günlərdə dərc edəcəyik…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=163901

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930