“Qurtuluş-93 ”-ün sahibinin ailəsi xalqa qənim kəsilib: Üstünüzdən keçərik

06.07.2021 - 10:45

Ötən ayın ortalarında Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törətmişdi.  “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb.  Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb. Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, və bu zaman məlum olub ki, sürücü sərxoşdur. Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun  kürəkənidir. Ölkə gündəmini zəbt edən bu olayla bağlı maraqlı məlumatlar yayılıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə M. Novruzov kürəkənini həbsdən qurtarmaq üçün müxtəlif üsullara əl atıb. Hadisənin baş verdiyi ilk gün həcı titullu iş adamı yeznəsini azadlığa qovuşdurmaq üçün evsiz-eşiksiz birisini tapıb cinayəti onun boynuna qoymaq istəmişdi. İmkansız və kirayədə yaşayan Ələsgər Əliyev böyük vədlər müqabilində bu təkliflə razılaşıb. Ancaq bu variant baş tutmayıb. O zaman hüquq mühafizə orqanlarının çevik və ədalətli reaksiyası bu planın qarşısını aldı. Cumhuriyyet.az olaraq xatırladaq ki,  DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  açıqlamasında bütün bu panların üstündən xətt çəkərək bildirmişdi: “ “Range Rover”i Ələsgər Əliyevin idarə etməsi ilkin məlumat olub. Sonradan araşdırmalar zamanı məlum olub ki, avtomobili Elşad Kərbalayev sürüb və həmin zaman ağır sərxoş vəziyyətdə olub. Qəza baş verəndən sonra Ələsgər Əliyev xəstəxanaya zəng edərək qəzaya düşdüklərini deyib və təcili tibbi yardım xidməti göndərilməsini istəyib. Buna görə də ilkin olaraq sürücü kimi Ələsgər Əliyev qeydə alınıb. Hazırda Elşad Kəlbalayev tutularaq istintaqa cəlb edilib”.

Bundan sonra E.Kərbəlayev haqqında  dörd aylıq həbs-qəti imkan tədbiri seçilib və hazırda istintaq altında həbsdədir. Amma cumhuriyyet.azı məlumatlandıran mənbənin sözlərinə görə, müqəddəs Kəbə daşını öpməyə pullar xərcləyən  M. Novruzov  kürəkəninin həbsdə olması ilə hələ də barışmır və öz üsullarına əl atıb. Hadisə zamanı həlak olan şəxslərin ailələrinə böyük məbləğdə (bura Bakı şəhərinin mərkəzində ev, Masazırda villa, bahalı avtomobillər və 200mindən az olmayan pul daxildir) hədiyyələr edib. Bunun qarşılığında mərhumların yaxınları şikayətçi olmayacaqlarına və cəza üçün israr etməyəcəklərinə söz veriblər.  Azərbaycan qanunvericiliyində bu kimi hallarda, yəni şikayətçinin ortadan qalxdığı hallarda cəzanın necə müəyyənləşdirildiyini deyə bilmərik. Amma E. Kərbəlayev bu hadisədən cəzasız qurtaracaqsa sadə vətəndaşın “Pulun varsa hamını əz keç” iddiası təsdidlənmiş olacaq.

Çox yəqin ki, 4 nəfərin ölümünə səbəb olan yeznəsinin cəzasızlığından arxayın olan qaynana da eyni cür düşünür. Belə ki, ötən gün Abşeronda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb. Cumhuriyyet.az xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib. 90-HN-009 dövlət nişanlı “Mercedes Galandewagen” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib.Avtomobil əvvəlcə “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.Qeyd edək ki, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.

44 günlük savaşda hər an əskəri və vətəndaşı ilə bir yerdə olan Ali Baş Komandana düşmən belə bu qədər zərbə vura bilməz. Pulu və varidatına güvənən bu adamlar mindikləri maşınlarla xalqın üzərindən keçirlər.Yoxsa məqsədləri xalqı Prezidentə qarşı qaldırmaqdır. Dövlət iki halda çökür, bunun birincisi cinayətkar cəzasız qalanda olur…

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=164867

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930