“Qarasu” şirkətində kütləvi ixtisarlar: rus rəhbərin ləkələdiyi şəxslərin – Siyahısı

25.11.2021 - 12:29

Şirvan şəhərində fəaliyyət göstərən “Qarasu” əməliyyat şirkətində çalışmış təcrübəli, həyatını neft strateqiyasına sərf etmiş yerli mütəxəssislərə qarşı ləkələmə kampaniyası aparılır. Reportyor.info xəbər verir ki, işdən uzaqlaşdırma kampaniyası 44 günlük müharibədən sonra başlayıb.
Şirkətin prezidenti, əslən Rusiya vətəndaşı olan Vladimir Davlyatov və “sapı özümüzdən olan balta” kadrlar idarəsinin rəhbəri Fərid Əliyev ali təhsilli kadrları cəzalandırır. İşdən azad edilənlərin siyahısını təqdim edirik:
Kələşov Əhməd neft qaz hasilatı üzrə menecmen
Məlikov Rauf istehsalat və texniki şöbənin rəisi
İsmayılov Nofəl əsaslı və yeraltı təmir sexinin rəisi
Allahverdiyev Tural kirayə təmir sexinin rəisi
Vəliyev Şaiq neftin emalı sexinin rəisi
Bağırov Rasim baş mexanik
Səmədov Şaiq tikinti təmir sexinin rəisi
Məlikov Aqil neft qaz çıxarma sexinin rəisi
Adlarını təqdim etdiyimiz neftçilər Əmək Məcəlləsinin 70 maddəsinin C bəndi ilə “Qarasu” əməliyyat şirkətindən xaric ediliblər. Bu onu göstərir ki, Vladimir Davlyatov azərbaycanlı olan kadrların, mütəxəssislərin təcrübəli kadr kimi yetişmələrindən narahat olub. Məlumata görə, növbəti qurbanların kimlər olacağı məlum deyil. “Qarasu” və “Şirvan Oil” əməliyyat şirkətinin prezidenti Vladimir Davlyatov 30 min ABŞ dolları maaş alır. Kadrlar idarəsinin rəisi Fərid Əliyev isə 5 min manat əmək haqqı alır. Yəni yerli işçilər, fəhlələr və işdən ləkələnib çıxarılanlar 1000 – 1500 – 2000 manat əmək haqqını ala bilmədikləri halda Davlyatov 51 min AZN əmək haqqı alır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168387

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930