Səfir çətin durumda olan qazini saymadı – Ukraynadakı səfirlikdə növbəti QALMAQAL

22.02.2022 - 11:10

Ukraynadakı səfir Elmira Axundovanın adı yenidən qalmaqalda hallanır. Bir qədər əvvəl adı səfirliyə məxsus maşınla “avtoşluq”da hallanan Elmira Axundova bu dəfə Vətən müharibəsi qazisi, “Cəsur döyüşçü” Elşad Səfərovun probleminə laqeyd, saymazyana yanaşması ilə gündəmə gəlib. Qazi ölkəmizin Ukraynadakı səfirliyinə 6 ay əvvəl müraciət edib. Lakin bu günə qədər səfir Elmira Axundova onu qəbul etməyib, problemi ilə maraqlanmayıb. Bu barədə Kiyev şəhərində Heydər Əliyevin heykəli qarşısında etiraz edən qazi bildirir ki, dəfələrlə səfirliyə müraciət edib, amma onun problemi ilə maraqlanan yoxdur. Döyüşçü Vətən müharibəsi bitəndən sonra işləmək üçün Ukraynaya gedib. İş prosesində ayağını zədələyib və əmək qabiliyyətini itirib. Ona təcili əməliyyat lazımdır. Elşad Səfərov Bakıya da qayıda bilmir. Çünki həyat yoldaşı hamilədir, 2 aydan sonra ana olacaq, həkimlər təyyarəyə minməyi qadağan edib. Belə olduqda dəstək üçün səfirliyə üz tutub, əməliyyat edilməsinə yardım istəyib. Səfirlik isə müraciətə məhəl qoymayıb:

“6 ay bundan qabaq da əməliyyat üçün səfirliyə müraciət etdim. Amma qəbul etmədilər. Burada çox az müddət qalıb işlədim. Ayağımın birini zədələmişəm. Bu gün artıq 3-cü dəfədir ki, səfirliyə gəlib-gedirəm. Şikayətə baxan yoxdur, Elmira Axundova ilə görüşə bilmirəm. Deyirlər, səfir qəbul etmir. Gələn ay ata olacağam, ayağım bu vəziyyətdə, işləməyə gücüm yox, gəlmişəm bu vəziyyətə düşmüşəm”.

Məsələ ilə bağlı “Bakupost” saytının əməkdaşı səfirliyə müraciət etsə də, açıqlama almaq mümkün olmayıb. Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Elşad Səfərov “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Sosial şəbəkələrdə Elmira Axundovanın Vətən müharibəsi qazisinə qarşı saymazyana münasibətini səfirin keçmişi ilə bağlayanlar az deyil. İstifadəçilər yazırlar ki, Elmira Axundovanın qaziyə münasibətinin kökündə onun milli ruhdan uzaq biri olması dayanır. Bundan başqa, Elmira Axundovanın uzun illər sabiq AMEA prezidenti Ramiz Mehdiyevin mətbuatda danışan dili, onun alovlu təbliğatçısı olması da vurğulanır.

Elmira Axundova ötənlərdə Ramiz Mehdiyevdən danışanda nəvəsinin adını belə Ramiz qoymasını xüsusi vurğulayıb. Kimsəyə sirr deyil ki, Elmira Axundovanın deputat mandatı almasında da, səfir göndərilməsində də Ramiz Mehdiyevin müstəsna rolu var. Elmira Axundovanı, onun oğlu Həbib Axundovu 30 milyonluq dələduzluq işində həbsdən kənar saxlayan da Ramiz Mehdiyev olmuşdu. Elmira Axundova Ramiz Mehdiyev vəzifədə olanda onun kabinetindən günlərlə çıxmayıb. Ramiz Mehdiyevin kitablarının icra başçılarına sırınması işlərinə də Elmira Axundova ilə oğlu Həbib Axundov baxırdılar. Elmira Axundova Ramiz Mehdiyevin “yüngül əli” ilə səfir göndərilərkən Azərbaycanda olduqca natəmiz bioqrafiyaya sahib idi. Hətta səfir getməsi üçün 1 milyon dollar ödəməsi iddiası da vardı.

Özünün, oğlunun adının qarışdığı dələduzluq işində Elmira Axundovanın səs yazıları belə bu gün də internet resurslarında var. Elmira Axundovanın Fərman Məmmədovla danışığının səs yazısında səfir iş adamına yalvarır, ondan aldığı pulu qaytarmaq üçün zaman istəyirdi. Həmin səs yazısında Elmira Axundova etiraf edirdi ki, Müdafiə Nazirliyində keçirilən tenderlərdə müəyyən şəxslərə hamilik etməklə ayda 60 min manat “şapka” alır.

Məmmədova söz verir ki, həmin “şapka”nı aldıqca hissə-hissə onun pulunu ödəyəcək. Axundova sonra Fərman Məmmədovu şərləyib həbs etdirmək, alıb vermədiyi pulların arxasına keçmək üçün Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Mirqafar Seyidova müraciət də etmişdi.

Elmira Axundovanın adı Azərbaycan xüsusi xidmət orqanları üçün üz qarası olan Eldar Mahmudovla əməkdaşlıqda, onun vasitəsilə hətta Milli Təhlükəsizlik Nazirliyindən adam işdən azad etdirməkdə də hallanıb. Amma bunlar da son deyil. Bundan əlavə, onların adı dərman mafiyası ilə hallanır. Dövri mətbuatda da sübut olunub ki, Axundovlara məxsus obyektlərdə apteklər şəbəkəsi fəaliyyət göstərib və göstərir. Həmin apteklərdə qeyri-qanuni dərman satışı faktlarla sübut olunub. Hətta Həbib Axundov özü həmin obyektin ona məxsus olduğunu etiraf etmişdi. Təkcə bunlar olsa, nə var ki? Elmira Axundovanın oğlunun adı daim eyş-işrət məclislərində hallanıb. Bu eyş-işrət məclislərindən birinin qurbanı model Günel Mirzəyevadır. Onun ölümündə birbaşa Həbib Axundovun adı hallanırdı. Günel Mirzəyeva Həbib Axundovun “Yamaha 242 Limited S” tipli yaxtasında açıq dənizə çıxıb və müəmmalı şəkildə suya düşərək boğulub. Günel Mirzəyeva ölümündən 1 il əvvəldən həyat yoldaşı ilə boşanıb. Həbib Axundovun yaxtasında, onun yanında suya düşüb boğulub ölərkən isə Günel Mirzəyeva hamilə olub. Ərsiz qadının uşağının atası kim olub? Digər maraqlı detal isə model xanımı boşanma işində məhkəmədə təmsil edən vəkil Rövşən Yusifovun Elmira Axundovanın vəkili olması idi. Həbib Axundovun Günel Mirzəyeva ilə sıcaq münasibətlərinin olduğu bir vaxtda onun yaxtasında açıq dənizə çıxaraq suya düşüb boğulub ölməsi bu günə qədər hərtərəfli araşdırılmamış qalıb…

Yəni bu adamlar faktiki olaraq həm də bir insanın ölümündə iştirakçı olub, sonra da onu ört-basdır ediblər. Eyni zamanda təsəvvür edin ki, Ukrayna kimi mühüm bir strateji ölkəyə səfir postuna təkcə adı dələduzluqda hallanan şəxsi yox, həm də korrupsiyada adı hallanan bir adamı göndərirlər. Biz dövri mətbuatda dərc edilmiş və təkzib olunmamış məlumatları sizə təqdim edirik. Diqqət edin, görün Elmira Axundovanın və oğlu Həbib Axundovun nə qədər sərvəti var.

Elmira Hüseyn qızı Axundovanın ötənlərdə mediada yayılmış varidatının siyahısına da nəzər salaq:

“Toyota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015.

“AUDI Q 7 minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013.

Bundan əlavə, Elmira Axundovanın adına:

Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi 146/ Kapitanski 146 ünvanında 2 mərtəbəli fərdi yaşayış evi;

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 60 mənzil 57 – 4 otaqlı, 185 kv.m.

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj.

Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis.

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi.

“Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri.

Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi.

Bu, geniş ictimaiyyətə bəlli olan mal-mülkdür.

Axundovanın deputatlığı dövründə oğlu Həbib Axundov da kosmik sürətlə varlanıb. Yeri gəlmişkən, qeyd edək ki, Axundovların varlanması adlarının hallandığı çoxmilyonluq dələduzluq olayının baş verdiyi tarixlərdən sonraya təsadüf edir.

Həbib Axundovun adına olan əmlakların siyahısını təqdim edirik:

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində 4 mərtəbəli ofis;

“Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.

Bunlar isə Həbib Axundovun maşın kolleksiyasıdır:

“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 10 HH 111, alış tarixi 19.05.2014,

“Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 XX 111. Alış tarixi 02.07.2014.

“Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 RR 111, alış tarixi 15.02.2014,

“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 90 CF 900, alış tarixi 03.10.2013.

K-45 adlı ABB 1278 bort nömrəli “Yamaha 242 Limited S” tipli gəzinti kateri – yaxta 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Həbib Axundovun adına dövlət qeydiyyatına alınıb.

44 günlük müharibədən sonra Ukrayna televiziyalarında birinin efirinə çıxan Elmira Axundovanın Türkiyə haqda dedikləri də yaddaşlardan silinməyib.

Səfir “bizə hansısa Türkiyə kömək etməyib” kimi fikrini işlətmişdi. Vətən müharibəsini aparan, şəhid verən Azərbaycanı unudaraq Rusiyaya təşəkkür etməkdən çəkinməmişdi. Elmira Axundovanın keçmişi, bu günü onun qazilərə, şəhidlərimizə münasibətini formalaşdırır. Ona görə də onun qazi Elşad Səfərova qarşı laqeydliyi bizləri təəccübləndirməməlidir.

Mənbə: Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=170949

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930