Yeni sosial şəbəkə yaradıldı

23.02.2022 - 12:31

Əvvəlcədən də gözlənildiyi kimi ABŞ-ın keçmiş prezidenti Donald Tramp-ın komandası “Truth Social” adlı sosial şəbəkəni istifadəyə verib.

Lent.az “technot”a istinadən xəbər verir ki, Sözügedən sosial şəbəkənin tətbiqi Apple şirkətinin App Store platformasında amerikalı istifadəçilər üçün istifadəyə verilib.

Donald Tramp öz sosial şəbəkəsini istifadəyə verəcəyini ilk dəfə keçən il elan etmişdi. Beləliklə istifadəyə verilmiş “Truth Social” adlı sosial şəbəkə öz dizaynı baxımından “Twitter”i xatırladır. Donald Tramp vaxtı ikən aktiv şəkildə “Twitter”dən istifadə edirdi. Lakin 2021-ci ilin əvvəlində “Twitter” onun hesabını həmişəlik blokladı.

Yeni sosial şəbəkədən istifadə etmək istəyənlər isə platformanın veb saytında qeydiyyatdan keçməli olacaqlar. Bunu etmək üçün platformanın veb saytında istifadəçi öz adını və elektron poçt ünvanını qeyd etməli olacaq. Lakin bəzi istifadəçilər qeydiyyatdan sonra sosial şəbəkəyə daxil ola bilməyiblər. Digərləri isə bildiriblər ki, qeydiyyatdan keçmək istəyən zaman sayt yenidən işə düşür və növbədə gözləməyi məsləhət görür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171023

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930