Rusiya və Ukrayna arasında növbəti görüş Bakıda ola bilər – ÖZƏL

02.03.2022 - 16:59

“Danışıqların birinci raundu geniş ictimaiyyətə təqdim oluna bilən nəticələri ehtiva etmir. İndiki mərhələdə danışıqlar prosesini sürətləndirmək üçün tərəflərin mövqelərini araşdırmaq, Belarus Prezidenti Aleksandr Lukaşenkonun qeyd etdiyi həmin təmas nöqtələrini axtarmaq vacibdir”.

Bunu Rusiya siyasi və iqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov Rusiya-Ukrayna danışıqlarını Modern.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, Moskva danışıqların təxirə salınmasından ehtiyatlanır:

“Buna görə də xarici işlər naziri Sergey Lavrov danışıqlarda iştirak etmir. Qomeldəki danışıqlardan sonra atəşkəs əldə olunmadı. Bu, Moskva və Kiyevin hələ də situasiyadan uzaq olduğunu təsdiqləyir. Görüşün nəticələri yalnız “ehtiyatlı nikbinlik” yaradır. Buna baxmayaraq, silahlı eskalasiyanın əhəmiyyətli dərəcədə ləngiməsi hər iki tərəfə sərfəli deyil. Eyni zamanda, çox güman ki, tərəflərin hər biri martın ilk günlərində hərbi əməliyyatların gedişi və beynəlxalq vəziyyətin onların xeyrinə dəyişə biləcəyini gözləyir”.

Ekspertin fikrincə, Rusiya ilə Ukrayna arasında növbəti görüş Bakıda keçirilə bilər:

“Bugünkü görüş də Belarus-Polşa sərhədində elan olunub. Lakin çoxları xatırlayır ki, Prezident Vladimir Zelenski əvvəllər danışıqlar üçün başqa platformalar, o cümlədən Bakını təklif etmişdi. Hələlik danışıqların hazırkı məkanının dəyişməsi ehtimalı azdır. Buna baxmayaraq, danışıqların raundları arasındakı fasilə əhəmiyyətli dərəcədə uzanarsa, nümayəndə heyətlərinin görüşünün yerinin dəyişdirilməsi istisna edilmir. Belə olan halda, həqiqətən də müəyyən ehtimal var ki, danışıqların sonrakı raundlarından biri nə NATO, nə də KTMT üzvü olmayan dövlətlərdən birində keçirilə bilər. Ən ideal namizəd Azərbaycandır. Bildiyiniz kimi, Azərbaycan bu blokların heç birinə daxil deyil”.

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti görüş keçiriləcək. Bundan öncə Ukrayna Prezidenti Vladimir Putin danışıqlar üçün Bakını da Rusiyaya təklif etdiyini vurğulamışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171387

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031