Rusiyada Azərbaycan adına rəzalət: Şıxlinski separatçılara yardım edir – FOTOLAR

03.03.2022 - 16:50

Rusiyada Azərbaycan adına rəzalət yaşanır. Bununla bağlı cumhuriyyet.az  xəbər verir ki, bu ölkənin Sverdlovsk vilayətində fəaliyyət göstərən «Azərbaycan-Ural» diaspora cəmiyyəti qondarma Donetsk və Luqanksk respublikaları üçün yardım kampaniyasına başlayıb.
Kampaniya çərçivəsində geyim, ərzaq, məişət texnikası, gigiyenik vasitələr, yataq dəstləri toplanır.
Məlumata görə, Rusiya banklarına etibar etmədiklərindən cəmiyyətə nəğd vəsait ianə edirlər.
Bu separatçılar qurumlara yardımı isə “Azərbaycan-Ural” cəmiyyətinin sədri Şahin Şıxlinski təşkil edib.
Yardım isə elə ona məxsus, Yekaterinburq şərinin Sulimov küçəsində yerləşən “Baku Plaza” ticarət mərkəzində toplanır.
44 günlük müharibə dövründə Azərbaycanın haqq işinə bir rubl da yardım etməyən bu adam həm də sinəsində “Tərəqqi” medalı gəzdirir. Bütün dünyanın separatizmə qarşı çıxdığı bir vaxtda Şıxlinskinin etdikləri yalnız rəzalətdir.
Şahin Şıxlinski Avropa Azərbaycanlıları Konqresinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171437

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930