Qarabağa qanunsuz səfərlərin qarşısı alınır
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərin istismarı, infrastruktur və sosial obyektlərin inşası kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün tədbirlər görülüb.
Modern.az xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında yer alıb.
Hesabatda qeyd edilib ki, həmin ərazilərə qanunsuz səfərlərin qarşısının alınması istiqamətində addımlar atılıb. Görülən bütün işlərlə bağlı müvafiq nəticələr əldə edilib.
Bundan əlavə, qanunsuz telekommunikasiya xidmətlərinin qarşısının alınması istiqamətində beynəlxalq səviyyədə atılmalı vacib addımlardan biri kimi, Azərbaycanın inzibati ərazi vahidlərinin rəsmi qaydada standartlaşdırılmış adlarına müvafiq olaraq yenilənmiş Milli Nömrələmə Planı Beynəlxalq Kommunikasiya İttifaqına (BTİ) təqdim edilərək təsdiq etdirilib və BTİ-nin növbəti Bülletenində dərc olunaraq internet səhifəsində yerləşdirilməsi təmin edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=171592