Rövnəq Abdullayevin qohumu Gürcüstanda həbs olunur: itə görə

26.03.2022 - 12:09
Rövnəq Abdullayevin kirvəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə məsələləri üzrə vitse-prezidenti, Süleyman Qasımovun əmisi oğlu Gürcüstan vətəndaşı, SOCAR Georgia Petrolium şirkətinin meneceri Çingiz Haley oğlu Qasımov, 21 fevral 2022-ci il tarixdə, Gürcüstanın Bolnisi rayonunda itə təcəvüz edib, daha sonra onu amansızlıqla öldürüb, kəndirlə ayağından asıb, fotonu öz şəxsi feysbuk hesabında paylaşdıqdan sonra sosial mediada, facebook-un gürcü seqmentində güclü etiraz başlayıb.
Bu barədə cumhuriyyet.az-a Gürcüstan Baş Prokurorluğunun Çingiz Qasımov barəsində Gürücstan Cinayət Məcəlləsinin 259-cu maddəsi əsasında 01/13-15367 saylı cinayət dosyesindən məlum olub. Gürcüstan vətəndaşları sosial mediada bu məsləyə ciddi etiraz edərək Gürcüstan Daxili İşlər Nazirliyini, Baş Prokuroru dərhal reaksiya verməyə çağırıblar. 22 fevral gecə saatlarında 100 nəfərdən çox Gürcüstan vətəndaşı Gürcüstan Daxili İşlər Naziri Vaxtan Qomelauriyə, Baş Prokuror İrakli Şotadzeyə rəsmi ərizə göndəriblər.
Dərhal Gürcüstan Daxili İşlər Nazirliyi Mərkəzi Aparatı, Gürcüstan Təbiətin Monitoringi Dövlət Agentliyi hərkətə keçib. Gürcüstan Baş Prokuroru İ.Şotadzenin göstərişi ilə SOCAR vitse-prezidenti Süleyman Qasımovun əmisi oğlu 1973-cü il doğumlu, Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitunun məzunu, Qasımov Çingiz Haley oğlu barəsində Gürcüstan Cinyaət Məcəlləsinin 259-cu maddəsi ilə araşdırma başladılıb. Onu da bildirək ki, Ç.Qasımov müxtəlif  dövrlərdə hökumət və qeyri – hökumət idarələrində çalışıb. Hal – hazırda “YURD SEVGİSİ” qəzetinin Gürcüstan üzrə xüsusi müxbiri və “SOCAR GEORGİYA PETROLEUM” şirkətində baş kassir – operator vəzifəsində çalışır. Müxtəlif diplom, fəxri fərmanlara layiq görülüb.
Gürcüstan Daxili İşlər Nazirliyi Qasımov Çingiz barəsində CM-nin 259-cu maddəsi ilə paralel araşdırmaya qərar verib. Bununla bağlı cumhuriyyet.az bildiir ki, Facebookun gürcü seqmentində minlərlə Gürcüstan vətəndaşı, itə təcəvüz etdib, onu amansızcasına öldürüb, sadist kimi ayağından kəndirlə bağlayıb, asılı tutaraq şəklini çəkib facebook səifəsində paylaşaraq, heyvanlara qarşı zorakılığı və amansızlığı təbliğ etdiyinə görə Çingiz Qasımovun həbs edilməsini və məhkəmənin qərarı ilə cəzalandırılmasını tələb edirlər.
Çingiz Qasımov SOCAR Petrolium Şirkətində mencer vəzifəsində çalışır və onu bu işə əmisi oğlu SOCAR vitse prezidenti Süleyman Qasımovun göstərişi ilə SOCAR-n Gürücstan Nümayəndəliyinin Rəhbəri Mahir Məmmədov təyin etdirib. İtə təcavüz edən Çingiz Qasımov həmçinin SOCAR Baş Ofisi İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Ənvər Qasımovun əmisi oğludur. Əldə etdiyimiz məlumata əsasən,  Gürcüstan Daxili İşlər Nazirliyinin Çingiz Qasımovu həbs edəcəyi gözlənilir. Çünki Gürcüstanda onun itə təcəvüz etməsi, sonra öldürməsi və kəndirdən asaraq fotosunu çəkib sosial mediada paylaşmasından yaranan ciddi etiraz səngimək bilmir. Həmçinin sosial media istifadəçiləri kütləvi surətdə Gürücstan Daxili İşlər Nazirliyindən məslə ilə bağlı açıqlama tələb edirlər. Yaxın saatlarda bu məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi xüsusi brifing keçirə bilər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172127

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031