Vüsal Kərimlinin tender əməliyyatları: BNA “Techmaster” MMC-ni niyə seçib

10.10.2022 - 13:42

Bakı Nəqliyyat Agentliyinin (BNA) iri məbləğli tenderlərinin əsas qalibi “Techmaster ” MMC-dir.
Reportyor.info xəbər verir ki, 2020-2022-ci illərdə BNA ilə şirkət arasında bağlanmış satınalmış müqavilələrinin toplam maliyyə dəyəri 14 348 469.34 AZN təşkil edir.
2020-ci ildə BNA ilə şirkət arasında 3 satınalma müqaviləsi imzalanıb. Maliyyə dəyəri 4 509 927.13 AZN təşkil edən müqavilədə yeni işıqfor məntəqələrinin təşkili üçün işıqfor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işləri, maliyyə dəyəri 1 799 835.12 AZN təşkil edən müqavilədə sahə avadanlıqlarının tam gücü ilə işləməsi üçün mövcud struktur və sistemlərə 12 aylıq texniki xidmətin, maliyyə dəyəri 2 069 545.29 AZN təşkil edən müqavilədə isə işıqfor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud işıqfor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə mal, iş və xidmətlərin satın alınması nəzərdə tutulur.
Beləliklə, bir ildə BNA-dan “Techmaster” MMC-yə 8 379 307.54 AZN vəsait “axıb”.
2021-ci ildə isə BNA ilə şirkət arasında maliyyə dəyəri 2 790 596.16 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb. Müqavilədə Bakı şəhərinin küçə və prospektlərində quraşdırılmış sahə avadanlıqlarının, onlara aid köməkçi qurğuların və kommunikasiya xətlərinin 7 /24 saat iş rejimində fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə onlara texniki dəstək xidmətlərinin satın alınması nəzərdə tutulur.
2022-ci ildə imzalanan və maliyyə dəyəri 3 178 565.64 AZN təşkil edən müqavilədə isə Bakı şəhərində yeni işıqfor məntəqələrinin təşkili üçün işıqfor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işlərinin satın alınması, habelə, mövcud işıqfor məntəqələri üzrə müvafiq işlərin görülməsi, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Techmaster” MMC 31 mart 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, E. Məhərrəmli (Südçülük sovxozu), ev 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Sərdar Əbülfət oğludur.
Sərdar Həsənov barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur.
“Techmaster” MMC-yə gəlincə, şirkətin əsas fəaliyyət sahəsi müxtəlif növ yerüstü və yeraltı kabel kommunikasiya işlərinin həyata keçirilməsi, elektron mühəndis avadanlıqlarının təchizatı və mütəmadi texniki qulluğundan ibarətdir.
Şirkət 2020-ci ildən isə dekorativ yaşıl hasarların istehsalına başlayıb. Şirkətin veb-səhifəsi (www.techmaster.ariz.az )olsa da fəaliyyət göstərmir.
“Techmaster” MMC-nin 10 manatlıq şirkət olmasına baxmayaraq milyonluq tenderlərdə qalib gəlməsi müəyyən şübhələrə yol açır. Bəzi məlumatlara görə, bunun kökündə BNA rəhbərliyi ilə şirkət arasında bağlılığın olması dayanır. Reportyor.info olaraq bununla bağlı araşdırmalarımız davam edir. Müəyyən dəqiqləşdirmələr apardıqdan sonra növbəti yazımızda bu məsələyə toxunacağıq.
Reportyor.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183482

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930