Ramazan Zeynalov necə Hacı Mazan oldu: iş adamının keçmişindən ilginc faktlar

28.10.2022 - 09:22

Məşhur iş adamı Hacı Mazanın adı mətbuatda vaxtaşırı çəkilsə də onunla bağlı ictimaiyyət o qədər də geniş bilgiyə malik deyil. Hacı Mazanın keçmişi ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən yüngül bir araşdırma apardıq. Bu araşdırma zamanı Hacı Mazanı yaxından-uzaqdan tanıyan bəzi şəxslərin bilgisindən də yararlandıq. Ortaya çıxan məlumatlar isə çox maraqlı oldu. Beləliklə aydın olur ki, Ramazan Zeynalovu Paşazadələrlə bağlayan təkcə qohumluq əlaqələri deyil. Sovet dövründə R.Zeynalov, separatçılıq fəaliyyətinə görə uzun müddət həbsdə yatmış
Azadlığa çıxdıqdan sonra isə ölkədən qovulmuş Əlikram Hümbətov və Şeyxin qardaşı, hazırda Milli Məclisin üzvü olan Cavanşir Paşazadə cavanlıq illərindən dostluq ediblər. Həmin dövrdə Ə.Hümbətov Lənkərandakı avtobazanın baş mühəndisi, R.Zeynalov isə həmin bazaya məxsus “KamAZ” markalı maşınlardan birinin sürücüsü olub. Bu məlumatı yazmaqla heç də R.Zeynalovun keçmişinə həqarət etmirik. Sadəcə “qəhrəmanımızın” keçmişi ilə bağlı vacib bir detalı oxuculara təqdim edirik. Həmin dövrlərdə Cavanşir Paşazadə Lənkərandakı çay fabriklərindən birində rəhbər vəzifədə işləyib. R.Zeynalovun C.Paşazadə ilə bu gün də işbirliyində olmasını şərtləndirən məqamlardan biri də budur. Yəni R.Zeynalovun ilkin kapitalını formalaşdırmaq üçün təkcə C.Paşazadənin rəhbəri olduğu fabrikdən “KamAZ”la Bakıya, keçmiş Sovet respublikalarına çay daşıması kifayət etməzdi. R.Zeynalovun sonradan Hacı Mazana çevrilməsi çayla yanaşı başqa çəkidə yüngül, qiymətdə ağır “strateji məhsullar”ın daşınması və bundan külli miqdarda vəsait əldə edilməsi hesabına olub. R.Zeynalov familiyası ilə yanaşı adının önündəki Ra-dan da imtina etməklə hazırda iş aləmində tanındığı Hacı Mazana dönüb.
Mövzu ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı rastlaşdığımız digər bir məlumat 7 iyul 2010-cu ildə mətbuatda dərc olunub. Həmin vaxt qəzetlər yazmışdı ki, 6 iyul 2010-cu ildə Bakı-Astara yolunun 75-ci km-liyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yazılarda qeyd olunurdu ki, Bakıdan İran istiqamətinə hərəkət edən “Bayram M” firmasına məxsus Az 10 AA 641 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı avtomaşın qarşı tərəfdən gələn “VAZ-2121” markalı, Az 10 KL 322 dövlət nömrə nişanlı “Niva” avtomobili ilə toqquşub.Nəticədə “Niva”nın sürücüsü, Yardımlı rayonu, Mansurov küçəsi ev 5-də yaşayan, 1949-cu il təvəllüdlü Qurbanov Gülağa Ağa oğlu dünyasını dəyişib. Araşdırmalar nəticəsində o da müəyyənləşib ki, “Mercedes Benz” markalı maşının sükanı arxasında “Bayram M” firmasının rəhbəri Ramazan Zeynalov özü olub və hadisəni də o özü törədib. Həmin vaxt hadisə qəzetlərdən birində bu cür təsvir edilib: “Araşdırmalar nəticəsində müəyyənləşdirə bildik ki, R.Zeynalovun avtomobilində – Əhmədli qəsəbəsi, Sarayevo 20 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Zəkəranlı Mətanət Ağabala qızı, elə həmin ünvanda qeydiyyatda olan 1950 təvəllüdlü Nuriyeva Qəmzə (Qənirə) Ərəstun qızı və hələlik adları bizə məlum olmayan bir neçə xanım olub. Hadisə şahidlərinin redaksiyamıza telefon açaraq bildirdiyi məlumatlarda göstərilir ki, hadisə zamanı “Niva” markalı avtomobilin sürücüsü ağır yaralansa da sağ olub. Amma Ramazan Zeynalov və onun yanındakılar “Niva”nın sürücüsü Qurbanov Gülağa Ağa oğlunu söyüşlərlə ağır təhqir ediblər və deyilənə görə onu döyüblər də. Yaralı sürücü onu xəstəxanaya çatdırılmasını xahiş etsə də, buna məhəl qoyan olmayıb”. Şahidlər bildirir ki, dünyasını dəyişən “Niva” markalı avtomobilin yaralı sürücüsü xəstəxanaya çatdırılsaydı, onun həyatını xilas etmək mümkün olardı. R.Zeynalov isə ağır yaralını xəstəxanaya çatdırmaq əvəzinə onu təhqir edib və qanunu pozub”.
Mətbuat o dövrdə yazıb ki, hadisənin tam təfərrüatları bununla bitməyib: “Etibarlı mənbələrdən aldığımız məlumata görə, Ramazan Zeynalov başqa xoşagəlməz hərəkətlər də törədib. Bildirilir ki, “Niva” markalı avtomobildə təxminən 50 min dollara yaxın pul olub. R.Zeynalov bu pulu götürərək onun az miqdarını yol polislərinə verib. Böyük bir hissəsini isə özü götürüb. Lakin polislər bu pulu qəbul etsələr də, sonradan istintaqa təhvil veriblər. Onlar aldıqları pulu – təxminən 6 min dolları istintaqa təhvil veriblər”.
Hacı Mazan haqda araşdırmalarımız davam edir. Yaxın vaxtlarda onun barəsində yeni materiallar dərc edəcəyik. Qarşı tərəfin də öz mövqeyini verməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184153

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031