“Azərbaycan Dəmir Yolları”nda FETÖ şəbəkəsi: Rövşən Rüstəmov bacaracaqmı?
Bu gün ölkə iqtisadiyyatının qeyri-neft sektorunun nəqliyyat bölümü və onun aparıcı bir istiqaməti olan dəmir yolları sistemində ciddi islahatların aparılması təxirəsalınmaz zərurətə çevrilib. Ölkənin nəqliyyat sektorunun aparıcı sahəsi olan dəmir yolları sistemində belə genişmiqyaslı islahatları şərtləndirən əsaslar hansılardır? Nə üçün Prezident İlham Əliyev nəqliyyat sektorunun bu sahəsinə bu qədər diqqət yetirir və bu sahənin ən qısa zaman kəsiyində beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasını hədəfləyir? Cavab çox sadədir. Azərbaycanın Şimal – Cənub və Şərq – Qərb istiqamətində beynəlxalq yükdaşımaların ən uğurlu mərkəzlərindən birinə çevrilməsi üçün avtomobillə daşımalardan 40%-ə qədər ucuz başa gələn dəmir yolu ilə daşımaların beynəlxalq standartlar səviyyəsində təşkil edilməsi olduqca vacibdir. Beynəlxalq yüklərin ən sərfəli marşurutla və ən münasib tariflərlrlə daşınması şansları məhz bizdədir və bu şansların reallaşdırılması ölkəmiz üçün həddən artıq vacibdir.
Bu baxımdan bir neçə gün bundan öncə “Azərbaycan Dəmir Yolları”na təyin edilən yeni sədr Rövşən Rüstəmovun üzərinə böyük məsuliyyət düşür. Onun bu qurumda köklü-dəyişiklər edəcəyi, hətta rəhbər səviyyəsində islahatlar olunacaqı barədə cumhuriyyet.az-a məlumatlar daxil olub. Bu prosesin artıq ilkin işartıları da görünməkdədir. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Astara Terminal” MMC-nin direktoru Rahim Mustafayev vəzifəsindən azad edilib. Şrkətə rəhbərlik Zaur Ramazanova həvalə olunub. Xatırladaq ki, “Astara Terminal” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət Azərbaycanın İranın Astara şəhərində inşa etdiyi terminalın idarə edilməsi ilə məşğuldur. Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC-nin direktoru Azad Qasımov vəzifəsindən azad edilib, onun yerinə isə Vüqar Mirqasımov gətirlib.
Baş verənlərlə bağlı cumhuriyyet.az-a məlumat verən etibarlı mənbə bildirir ki, vəzifəsi ilə vidalaşan şəxslər bunlardır: Azərbaycan Dəmir Yollarının İnfrastruktur departamentinin rəisi Mehman Əhmədovdur. Mehman Əhmədov Hicran Valehovun sağ əli olan adamlardan bir kimi tanınır. O, həmçinin Valehovun qrup yoldaşdır. Daha sonra Dəmir Yollarının keçmiş sədri Cavid Qurbanovun köməkçisi olan Rauf Qasımovda vəzifəsindən kənarlaşdırılıb. Digər vəzifəsindən kənarlaşdırlan şəxs isə Təsərufat departamentinin rəisi Məhmməd Əmircanovdur. Mənbə həmçinin bildirir ki,bu qurumun Mətbuat katibi Natavan Bayramovanında işdən azad olunma ərizəsi alınıb yaxın bir neçə gün ərzində vəzifəsin itirənlər sırasında olacaq.
Mənbənin cumhuriyyet.az-a verdiyi məlumatlarda yeni rəhbərliyin başladığı kadr islahatında ən vacib məqam bu vaxta qədər müxtəlif yollarla “Azərbaycan Dəmir Yolları”nda mövqe tutan və bu qurumda “nurçular” kimi tanınan qruplaşmanın ortadan qaldırılmasıdır. Mühüm postlarda yer alan bu şəxslər qurumun kadr idarəçiliyində yenilənməsi üçün ciddi əngələ çevrilib və bu şəbəkə dağıdılmayınca qarşıya qoyulan məqsədə nail olunacağı mümkün görünmür.
– Azərbaycan Dəmir Yolları QSC-də “Türkiyə təhsili” adı ilə yer alan şübhəlilər kimlərdir?
– Cavid Qurbanovdan üzü bəri rəhbərliyin gözünə kül üfürən şə\bəkə necə qurulub?
– Rövşən Rüstəmov əsl problemi həll edə biləcəkmi?
Bütün bunlar haqda növbəti yazımızda…
Short URL: http://www.cumhuriyyet.net/?p=185233