“Dəmir yolları” idarəsində qruplaşma: peşəkarlar etiraz edir

29.11.2022 - 14:33

“Azərbaycan Dəmir Yolları” QSC-də tək ötən rüb ərzində 536 nəfər ixtisar edilib ki, bu da ümumi kollektivin 10%-dən çoxdur. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bu prosesin davam etdiriləcəyi planlaşdırılır və ixtisara gedilməsi barədə göstərişin birbaşa QSC-nin yeni sədri Rövşən Rüstəmov tərəfindən verildiyi deyilir. Mənbə ixtisarlar və yeni təyinatlarla bağlı da müəmmalı məqamların olduğunu qeyd edib. Məsələn, Elçin Zülfüqarovun ADY-nin İnfrastruktur departamentinin rəisi təyin olunması kollektivdə birmənalı qarşılanmayıb və bu təyinatın sırf qrup maraqlarına xidmət etdiyi bildirilir.
Məhz yarıtmaz idarəçilik sayəsində Azərbaycan Dəmir Yolları” xarici borcların ödənilməsi üzrə də risk qrupuna daxil edilib. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşsə də, ADY QSC-nin yükdaşıma strukturunda tranzit daşımaların payı 25 faizə, sərnişin daşımalarında beynəlxalq daşımaların payı isə cəmi 6 faizə yaxın olub. Qurumun nizamnaməsinin tələbinə baxmayaraq, ADY fəaliyyət və maliyyə hesabatlarını ictimaiyyətə açıqlamır.
Bunun əvəzində gənc və müasir tələblərə cavab verən mütəxəssislərin təklifləri qulaqardına vurulur. Həmin mütəxəssislər bəzi təkliflərini də cumhuriyyet.az-a təqdim edib:
Quruma məxsus törəmə müəssisələrin ekspeditor fəaliyyətinin dayandırılması;
– Vaqonların müsabiqə əsasında və şəffaf şəkildə qısamüddətli dövr üzrə real qiymətlərlə icarəyə verilməsi;
– Güzəşt və tariflərin daşınan yükün növlərinə uyğun sahibkarlıq subyektləri arasında ayrıseçkilik yaradılmadan, sağlam rəqabət prinsipləri qorunmaqla vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən şəkildə müəyyənləşdirilməsi;
– Tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi və bu məqsədlə güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiqlənməsi;
– Yükgöndərənlər, daşıyıcılar və ekspeditorlar arasında münasibətləri tənzimləyən sənəd layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi;
– Sahibkarlıq subyektlərinin xidmətlərə daha asan çıxışının təmin edilməsi üçün elektron platformanın istifadəyə verilməsi.
Faktik olaraq bir qrup tərəfindən sıxışdırılaraq fəaliyyətsiz hala gətirilən bu mütəxəssislər yeni rəhbərliyə hələ də Ümüd edir:”Biz inanmaq istəyirik ki, yeni sədr R.Rüstəmov idarə daxilindəki qruplaşmanın diktəsindən kənara çıxaraq bizi eşidəcək”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185825

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031