Yasamalda vətəndaşı vətəndən necə didərgin saldılar: İcra hakimiyyəti susur, icra məmuru göz yumur
Yasamal rayon icra hakimiyyəti, Yasamal rayon MKTB-nin 32 saylı MKİS və Yasamal rayon məhkəmə qərarlarının icra şöbəsinin qanunsuzluqları sayəsində evindən çölə salınmış və üç övladı ilə yaşamağa yeri olmayan Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızı başına gələnlərlə bağlı cumhuriyyet.az-a müraciət etmişdir. Belə ki, onun qaynı Sadıqov Qurban Adil oğlu N.Əhmədovaya aid əşyalarla birlikdə, ona məxsus, Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan-2, ev 30 ünvanında yerləşən torpaq sahəsindən, orada mövcud olan evi qanunsuz olaraq zəbt etmişdir. N.Əhmədova şikayətində bildirir ki, sözügedən mənzil ona məxsusdur, orada olan bütün tikililərin hər daşı, kərpici onun və mərhum anasının vəsaiti hesabına üst-üstə qoyulmuşdur. Onun evi keçmiş qaynı Sadıqov Qurban Adil oğlu və onun ailə üzvləri tərəfindən zəbt edilib. Onların həmin evə qeydiyyatları belə yoxdur. O isə uzun illərdir ki, xarici ölkədə yaşayır. Orada yaşamağının yeganə səbəbi isə, yalnız uşaqlarının orada təhsil alması ilə bağlıdır. Uşaqlar orada əlaçı və nümunəvi şagird kimi qeydə alınıblar. Buna görə də, onların təhsil almasina mane olmamaq üçün illərdir ki, onların yanındadır. Lakin, onun evi ilə bağlı bütün bu olanlar əsəblərini pozmuş, artıq işləyə də bilmir. Halbuki, özü ali təhsilli müəllimədir və vaxtı ilə orada tərcüməçi kimi fəaliyyət göstərmişdir. O, artıq yad ölkədə yaşamaqdan yorulmuşdur. Öz vətənində, öz evində yaşamaq istəyir. Lakin, onu öz evinə yaxın qoymurlar, ona yad olan insanlar evində yaşayırlar. Onlardan evini boşaltmağı tələb etsə d birmənalı olaraq imtina edirlər. Na ona, na də anasının ruhuna hörmət edirlər. Ondan va anasından qalan nə varsa məhv etmək, yox etmək istəyirlər. Əşyalarının çox hissəsi yoxdur qalanları da bərbad vəziyyətdə, yararsız hala salınmışdır. Lakin, Sadıqov Qurban Adil oğlunun ona məxsus evdən çıxmasını və mənzili onun faktiki sahibliyinə verməsini dəfələrlə tələb etsə də, cavabdeh çıxmaqdan imtina edir. Onlar həmin mənzildən bu gün də istifadə etdiyi üçün, o, özünə məxsus mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək kimi hüquqlarından istifadə edə bilmir.
Maraqlıdır ki, N.Əhmədovanı öz halal mənzilindən çıxaranlar saxta yolla həmin mənzilə heç bir aidiyyatı olmayan Melikəliyeva Şahanə Elçin qızını bura qeydiyyata saldırmış, bununla da kifayətlənməyərək boş qalan torpaq sahəsində yeni mənzil tikmişdir. Həmin mənzilin tikintisinin qanunsuz olması haqda məhkəmə qərarı olsa da qərar icra edilməmiş və tikinti başa çatmışdır. Maraqlıdır ki, tikintini aparan şçəxslər qanunsuz tikinti üçün Yasamal rayon icra hakimiyyətini də razı saldıqlarını açıq etiraf edirlər.
Mövzunu diqqətdə saxlayacayıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=186583