Vüsal Kərimlinin 10 manatlıq qaz çeki və bilet biznesi

04.02.2023 - 12:15

İctimai nəqliyyata bilet satışı üzrə inhisarçı operator “K Group” MMC Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə məxsus imiş Reportyor.info xəbər verir ki, “K Group” MMC-nin qanuni təmsilçisi Bayramov Orxan Xanlar oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3 mənzil 13-dür. Eyni ünvanda “GMSA” şirkəti yerləşir. Onun qanuni nümayəndəsi Vüsal Kərimlidir.

Jurnalist Fərid İsmayılov “K Group” MMC və “GMSA” şirkətinin yerləşdiyi hüquqi ünvana baş çəkib. Bəlli olub ki, bu ünvanda Vüsal Kərimlinin özü də qeydiyyatdadır.

BNA bu barədə verdiyi açıqlamada iddia edir ki, Vüsal Kərimli quruma rəhbər təyin ediləndən sonra hər iki şirkətdə fəaliyyətini dayandırıb. Lakin məsələ Vüsal Kərimlinin BNA rəhbəri olduğu dövrdə “K Group” MMC-nin inhisarçı operatora çevrilməsi onun heç də fəaliyyətini dayandırmadığını göstərir.

Mediada BNA-nın keçirdiyi şübhəli tenderlər barədə də çox yazılıb. Tenderlər bir çox hallarda BNA rəhbərinə yaxın, yaxud da yeni yaradılan “proxy” şirkətlərə verilir. Bu isə BNA-nın keçirdiyi satınalma müsabiqələrində korrupsiya hallarına yol verilməsinə şübhələr yaradır.

İndisə məlum olur ki, ictimai nəqliyyatda bilet satışı da Vüsal Kərimlinin biznes imperiyasına daxil şirkət tərəfindən həyata keçirilir. Nəzərə alsaq ki, bilet satışından əldə olunan gəlirin 5 faizi “K Group” MMC-yə gedir, o zaman BNA rəhbərliyinin bundan nə qədər qazandığını təsəvvür etmək çətin deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187459

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930