Mehdiabadda məmur harınlığı can aldı: bir qəzanın tarixçəsi
Abşeron rayonun icra başçısı Abdin Fərzəliyevin bir necə gün bundan qabaq Mehdiabad qəsəbəsinin tən ortasında qanunsuz olaraq tikintilərin səkiyə çıxarılması, artırmalara yol verilməsi, mühafizə xəttlərinin üstündə dükan satılması dair cumhuriyyet.az olaraq məlumat vermişdik. “Abdin Fərzəliyev Mehdiabadda səkini də satdı: bələdiyyə sədri makler rolunda” başlıqlı yazımızda hadisə yerindən reportaj hazırlayaraq, qanunsuzluqlarla bağlı fotolar da təqdim etmişdik.
Aldığımız məlumata görə İnsanların gediş-gəlişi olan səkinin satılması səbəbindən 03 fevral 2023-cü ildə Abşeron rayonun Mehdiabad qəsəbəsində bir qızı maşın vurub, qızı ağır vəziyyətdə xəstəxanya yerləşdirilib. Hətta həmin İnsanların gediş-gəlişi üçün nəzərdə tutulan səki dükan kimi satılması avtobillərin qəzasına səbəb olub. Çünki satılan yer birbaşsa Mehdiabad-Fatmayı makistiral yoludur. Həmin yol daimi maşınların sığ hərəkətı ilə müşahidə olunur. Bir necə gündür ki, həmin ərazidə maşın qəzaları qeydə alınıb. Səkini satan Abşeron rayonun Mehdiabad qəsəbəsi üzrə icra nümayəndəsi Əli adlı şəxs və Mehdiabad bələdiyyəsinin sədri Müstafa Süleymanovdur. Səkinin satılması Mehdiabad qəsəbə sakinlərinin çox böyük narazılığına səbəb olub. Səki satldığından halhazırda insanların həyatı böyük təhlükə altındadır. Məcburiyyət qarşısında qəsəbə sakinləri əsas magistiral yola çıxırlar. Magistiral yolunu satılması birbaşa qanun pozuntusudur. Mühafizə xəttinin üzərində obyekt satışına başlayıblar. Mehdiabad qəsəbəsinin sakinlərinin böyük əksəriyyəti qərbi azərbaycan kökənli şəxlərin olmasını hər kəs yaxşı bilir. Səkinin satılmasına görə qərbi azərbaycanlılar Prezident Adminstasiyasına rəsmi şikayət edəcəklərinə və bununla bağlı Prezident İlham Əliyevə müraciə etdiklərinə dair məlumatımız var.
Short URL: http://www.cumhuriyyet.net/?p=187561