Fransa XİN ölkə vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb

13.02.2023 - 22:33

Fransa Xarici İşlər Nazirliyi həmvətənlərini Belarus ərazisini gecikmədən tərk etməyə çağırır.

Belə bir mesaj bazar ertəsi Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Nazirlik qeyd edib ki, Ukraynadakı münaqişə və Belarus hava məkanının bağlanması səbəbindən “Belarusa hər hansı səfərlər rəsmi olaraq qəbul edilmir”.

“Belarusdakı fransızları avtomobil yolu ilə Litva, Polşa və ya Latviya ilə sərhəd keçidlərindən keçərək, ölkəni təxirə salmadan tərk etməyə çağırırıq. Litva və Latviya ilə sərhədlər açıq qalır. Polşaya gedən səyahətçilər üçün yeganə keçid məntəqəsi Brest-Terespoldur”, XİN-dən bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ-ın Moskvadakı səfirliyi də Rusiyadakı amerikalıları ölkəni tərk etməyə çağırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187999

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031