Azərbaycanda bank inqilabı:Ramiz Mehdiyevlə Elman Rüstəmovun bankların da bağlanacaq

19.05.2023 - 19:15

Ötən gün Azərbaycan Mərkəzi Bankının qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv olundu.

Bununla da Azərbaycanda lisenziyası ləğv olunan bankların sayı 14-ə çatdı. Hazırda ölkədə ümumilikdə 24 bank fəaliyyət göstərir. Bu banklardan 2-si dövlət, 22-si isə kommersiya bankıdır. Lakin kulislərdə banklarla bağlı heç də xoş olmayan xəbərlər gəzir. Belə ki, bu banklardan da bəzilərinin yaxın zamanlarda bazarı tərk edəcəyi gözlənilir. Azərbaycanda bank sisteminin öz axarı ilə yaranmadığı və inkişaf etmədiyi sirr deyil. Əsasən oliqarx və yüksək vəzifəli məmurların müdaxiləsindən sonra bank sektoru böyüməyə başlayıb.

Ona görə Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyətinin hansısa yüksək vəzifəli məmura bağlı olması ilə bağlı məlumatlar yayılır və əsasən də təkzib olunmur. Bank sektoruna müxtəlif məmurlar tərəfindən nəzarət olunur. O banklardan bir çoxu isə hələ də “vurulmuş” məmurların kurasiyasındadır. İllərlə dövlətin verdiyi imtiyazlardan özünə bank yaradan sabiq məmurlar indi də bu sektordan əl çəkmək istəmirlər. İslahatla ayaqlaşa bilməyən bankları əllərində saxlamaqla indi gəlir yerlərini qorumaq niyyətindədirlər.

Digər tərəfdən, “vurulmuş” məmurların nəzarətində olan bu bankların eyni zamanda ölkə iqtisadiyyatının inkişafına qatqı payı çox azdır. Eyni zamanda isə onlar bu banklar vasitəsilə siyasi və iqtisadi maraqlarını təmin etmək üçün ölkə iqtisadiyyatına həm də ciddi problemlər yarada bilər. Ortada Beynəlxalq Bankın sabiq İdarə Heyətinin sədri Cahangir Hacıyev kimi acı təcrübə var. C.Hacıyevin qanunsuz olaraq ölkədə 10 milyard dollar civarında vəsait çıxardığı bildirildi. Təbii ki, o, törətdiyi maliyyə cinayətlərinə görə, 15 il müddətinə həbs olundu. 2016-cı ildə həbs olunan Cahangir Hacıyev hələ də həbsdədir. Cahangir Hacıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudova yaxınlığı ilə tanınırdı.

Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan sonra Cahangir Hacıyevin törətdiyi cinayətlər üzə çıxdı. Bu baxımdan vəzifəsindən uzaqlaşdırılmış məmurların hansısa banka nəzarət paketini əlində saxlaması strateji baxımdan təhlükəlidir. Lakin dediyimiz kimi, hələ də sabiq oliqarx məmurlara bağlı olan banklar var və onlar həmin banklara nəzarət paketinə sahibdirlər. Yayılan məlumatlara görə, həmin bankların yaxın zamanlarda bazarı tərk edəcəyi gözlənilir. Hazırda bağlanması gözlənilən iki bankın adı çəkilir. Onlardan biri “Bank BTB”-dir ki, bu bankın AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin kurasiyasında olması ilə bağlı mediada kifayət qədər informasiyalar var.

Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. O, bankın 75 faizlik hissələrinə sahibdir. Bank səhmlərinin 19 faizi isə onun qardaşı Rza Sadiqə məxsusdur. N.Mehdiyeva Ramiz Mehdiyevin oğlu Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevin həyat yoldaşıdır. Onu da əlavə edək ki, Nigar Mehdiyeva Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin sabiq müdiri İsmayıl Sadıqovun qızıdır. İ.Sadıqov 2018-ci ilin 7 martında yaş senzinə görə, tutduğu postdan azad edilib. Bağlanması gözlənilən digər bank isə “TuranBank” ASC-dir.

Qeyd edək ki, “TuranBank” ASC Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Konfederasiyasının prezidenti Məmməd Musayevin bankı kimi tanınır. Məmməd Musayevin oğlu Fuad Musayev isə “TuranBank” ASC-nin Müşahidə Şurasının sədridir. Məmməd Musayev bank sektorunda kifayət qədər tanınan şəxsdir. O, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olmaqla yanaşı, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. Qeyd edək ki, Məmməd Musayev Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmova yaxınlığı ilə tanınır.

Onun bank sistemində əldə etdikləri, eyni zamanda tutduğu yüksək postların da, məhz Elman Rüstəmovun xidmətinin olduğu bildirilir. Nəzərə alsaq ki, Elman Rüstəmov da artıq “vurulmuş məmur” hesab olunur, onun da kurasiyasında olan bank və ya bankların bağlanması ehtimalı yüksəkdir

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191691

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031