Binəqədi Su Kanal idarəsində Əmiraslanov sultanlığı: ölümə gətirib çıxaran idarəçilik

02.06.2023 - 11:05

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynov vəzifəsindən kənarlaşdırıldıqdan sonra bu qurumda ciddi təmizlənmə işləri aparıldı. Hətta Q. Hüseynovun ən yaxın kadrlardan biri-Elman Məmmədov və onun cinayət ortağı-qurumun kommersiya departamentinin rəisi Xanvər Abbasov həbs edildi. “Azərsu”da həbslərin start götürməsi gözlənilən idi. İllərdir ki, ölkə mediası bu qurumda korrupsiya faktlarını, qanunazidd əməlləri və müxtəlif özbaşınalıq faktlarını ictimailəşdirirdi. Təəssüf ki Qorxmaz Hüseynovdan sonra da köhnə qaydalarla işləməkdə davam edən kadrlar mövcuddur. Belə şəxslərdən biri “Azərsu” ASC-nin Binəqədi rayon sukanal idarəsinə  rəisi Sultan Əmiraslanovdur.  Bu şəxs haqqında cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, 2023-cü ilin fevral ayında vəzifəyə təyin olunan kimi öz xalası oğlunu gətirib yanında yerləşdirərək bununlada ailə təsərrüfatının başlanğıcı qoyulmuş oldu, sonra dayanmadan boş vakant yerlərə öz adamların yerləşdirməyə başladı. Məlumata görə ətrafında qohum və dostlarını yerləşdirməklə kifayətlənməyən Sultan Əmiraslanov paralel olaraq köhnə işçiləri ləklələməyi də əsas məqsəd kimi görür. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə idarənin köhnə işçiləri üzərində təqiblər, basqılar artmağa başladı. İlk olaraq Aqil Mənsimov adlı Nəzarətçi ləkələnərək işdən çıxarıldı və dərhal yerinə yeni öz adamın gətirdi. Ardınca Ziyaməddin Məmmədov adlı nəzarətçiyə təyziqlər edilərək, hədə qorxular gələrək, zorla işdən çıxma ərizəsi yazdırılıb işdən çıxarıldı. Bunların ardınca idarədə gizlində olsa narazılıq dalğası artmağa başladı. Lakin vəzifə sərxoşluğundan ayıla bilməyən Sultan Əmiraslanov dayanmadan öz əməlləri ilə rayonda gündəm yaratmağı bacarırdı.
Bu əməllərin ardınca ödənişin təşkili şöbəsinin rəisi Əziz Hüseynov ilə rayon rəhbərliyi arasında gərginlik yaranmağa başlayır və qısa zamanda onun əmək funksiyaları məhdudlaşdırılır və ləkələmə kompaniyası Əzizin timsalında davam etdirilir. Əziz Hüseynovun Azərsuda rəhbərlik səviyyədə münasibətlərinin güclü olması və rayonda olan nüfuzu onun Binəqədi rayonunda qalmasını təmin etməsə də başqa rayona eyni vəzifəyə getməsinə şərait yaratmış oldu. Sultan Əmiraslanovun təcrübəsizliyi ucbatından rayonun icra edə bilmədiyi plan proqnoza görə bütün məsuliyyəti nəzarətçilərdə görən rayon rəhbərliyi hər gün mütəmadi olaraq onları incitməyə başlayır. Hər dəfə işçilər çağırılıb idarədə izahatları alınıb, haqlarında xidmət i məlumat yazılır. İşçilər gecə 21:00-22:00-a qədər idarədə saxlanılır, işlərə cəlb edilir. Lakin bu faktlar heç bir halda rəsmiləşdirilmir. Artıq hər dəfə çayçılarda bir yerə yığışan nəzarətçilər işdən iyrəndiklərini, tarixlərinin ən iyrənc rəhbərliyi ilə qarşılaşdıqların səsli şəkildə bir birlərinə etraf etməyə başlayırlar. Hər gün yuxudan oyananda işə getməyə nifrət etdikərini, işdən iyrəndiklərini etraf edirlər.
Təyziqlərin pik həddə olduğu günlərdən biri 17.05.2023 cü il tarixində plan yığmadığına görə Fakturalama qrupunun 9 nəzarətçisi iş saatından sonra zorla idarəyə gətirilib, təhdid edilir və bir başa yuxarı idarə rəisi Sultan Əmiraslanovun otağına qaldırılır. Sultan Əmiraslanov isə dərhal haqlarında tədbir görülməsini işdən çıxma ərizələrinin yazılmasını əmr edir. Bunun ardınca işçilərdən zorla tarix qoyulmadan işdən çıxma ərizəsi yazdırılır və hər birinə töhmət verilib gecə ilə həmin olanları əmrləşdirib, əmrin şəkilini çəkib bütün idarə heyətinin olduğu whatsapp qrupuna şan olsun deyə atılır. Ardıncada onların dediklərinə əməl etməyənləri eyni cəza gözləyir deyə bir audiyo səs yazısı qrupa göndərilir. Həmin günün gecəsi yaşadığı stressi qaldıra bilməyən aralarında ən qocaman işçi olan 64 yaşlı Əmişov Orucəli yataraq ürək tutmasından dünyasını dəyişir. Həmin işçi 2 ay sonra təqaüdə çıxacağı halda Sultan Əmiraslanov onu vəzifəsindən istifadə edərək faktiki öldürür. Hər halda 64 yaşında olan bir şəxs iş yoldaşları içərisində ağır təhqirləri qaldıra bilmir.
Səhəri gün bu xəbərin şoku ilə ayılan Binəqədi rayon rəhbərliyi dərhal həmin izahat, əmrləri və xidməti məlumatları yox etməyə başlayır və whatsapp qrupunda olan təhdid mesajlarını silməyə başlayırlar. Əmişov Orucəli ilə bağlı Whatsapp qrupunda baş sağlığı verənlərdən biri (nəzarətçi Elnu Ələkbərov) ölüm səbəbini axşam işdən çıxma ərizəsi ilə əlaqəli olub olmadığını sual edəndə dərhal həmin yazı silinib, Elnur Ələkbər yuxarı şöbə rəisinin otağına çağrılıb təhdid edilir və qoruxudulur.
Beləliklə öz cinayət işlərini ört basdır etmək istəyən Binəqədi rayon su kanal idarəsinin rəisi Sultan Əmiraslanov Əmişov Orucəlinın yas mərasiminə hər kəsdən öncə gedib, oğlanlarına başsağlığı verib, ölümün onunla əlaqədar olmadığını, kənardan onlara nə deyilsə qulaq verməmələri ilə bağlı öz tövsiyələrini verir.
Artıq Sultan Əmiraslanovun əməlləri hüqquqi çərçivədə qiymətləndirilməli, Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərsu ASC rəhbərliyi, eləcə də, hüquq-mühafizə orqanlarının yoxlamasından keçməlidir.

Mövzunu davam etdirəcəyik

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191802

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031