Sosial “qətliamın” ideoloji rəhbəri Heybət İmanov və digər imanovlar

13.06.2023 - 11:52

Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayev bu günlərdə Milli Məclisdə çıxışı zamanı bildirmişdi ki, dövlət orqanlarında ixtisar labüddür, dövlət işlə təmin etməyi öz üzərinə götürməməlidir. Sonra isə bildirir ki, adamlar işsiz qalmamalıdır, özünəməşğulluq proqramlarına cəlb edilməlidir, yəni demək istəyir ki, siz ixtisar edin mənə pul ayırın mən güya onları özünəməşğul edəcəm, yəni onların hesabına milyonlar mənimsəyim. Adamın hiyləgərliyinə baxın. Hesablama Palatası son 5 ildə özünəməşğulluq proqramının icrasını təftiş etsə dəhşətli mənzərə ortaya çıxacaq, məlum olacaq ki, özünəməşğulluq adı verilən işlərin 80%-i saxtadır, sadəcə pulllar mənimsənilib. Ondan sonra onun nəticələrini Cənab Prezidentə təqdim etsin, görək onda Sahil Babayevin vəziyyəti necə olacaq. Cinin canı şüşədə olduğu kimi Sahil Babayevin canı da özünəməşğulluq proqramlarının təftişindədir. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bütün bu prosesin  komanda halında həyata keçirilir. Məsələn, Füzili Ələkbətovun dövründə korrupsiyaya qurşanmış və Səlim Müslümovun dövründə ƏƏSMN-dən qovilmuş kadrların yenidən vəzifəyə çəkilməsinin başında Daxili Nəzarət İdarəsinin rəisi Heybət İmanov dayanır. Sabiq korrupsioner nazir Füzuli Ələkbərovun dövründə nazirliyin əsas kilid adamlarından olan Heybət İmanovun özünün də adı müxtəlif maliyə maxinasiyalarında çəkilib. Belə ki, ƏƏSMN-də korrupsiya sisteminə nəzarət edənlərdən biri kimi ad çıxardan Heybət İmanovu Səlim Müslümov işdən çıxatmışdı. İşdən qovulan Heybət İmanov sonradan hansısa himayənin dəstəyi ilə Hesablama Palatasında şöbə müdiri vəzifəsinə təyin edildi. Sahil Babayevin nazir təyinatından sonra ƏSMN-ə Daxili Nəzarət Şöbəsinin müdiri vəzifəsinə gətirilən Heybət İmanov yenə də köhnə ampulasındadır.

Xalq heybət İmanovun adını yaxşı yadında saxlamalıdır. İlk növbədə bu şəxslərin övladlarının gələcəkdə Azərbaycanda dövlət vəzifələri tutmasının qarşısını almaq üçün. Heybət İmanov təkcə pensiyaları kəsməklə məşğul deyil, o həm də Nazirlikdə qurulan korrupsiya şəbəkəsinə rəhbərlik etməklə məşğuldur. Belə olmasaydı bu adam cinayətkar, hazırda həbsdə olan nazirliyin keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin cinayət ortaqlarını başına yığıb onlarla əməkdaşlıq etməzdi. Aidiyyatı orqanlar bununla bağlı araşdırmalara başlasalar fantastik qanunsuzluqların şahidi olarlar. Adam Azərbaycanın qanunlarına nə qədər nifrət edir ki, Əjdər Cəbiyevin pul daşıyanları olan Zaur Rəsulovdan, Rza Əhmədovdan rivizor qayırıb, onları özünün korrupsiya maraqları üçün işlədir. Bu adamın xarici ölkələrin kəşfiyyat orqanlarından, xüsusilə İranın xüsusi xidmət orqanlarından tapşırıq alıb-alması da araşdırılsa yaxşı olar. Qarabağ Zəfərindən sonra ən böyük “Sevinc bombası” effekti yaradar. Hakimiyyət rəsmilərinin bunu nəzərə alması hakimiyyət üçün də böyük imkan deməkdir.  H.İmanovun qardaşları da bu dövlətdə tutduğu vəzifələrdən lazımınca bəhrələniblər. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda bildirilir ki, “Hafiz İmanov Rövşən Bağırovun 14 illik icra başçısı olduğu müddətdə Rayon Maliyyə idarəsinin rəisi vəzifəsində çalışıb və rayon büdcəsini bir yerdə mənimsəyən saxtakarlardır. Hafizin bir qardaşı – Əfqan, müsiqi məktəbinin direktoru işləyəndə musiqi məktəbində küllü miqdarda mənimsəməyə yol verdiyi üçün, ona cinayət işi açıldı və Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olundu. Həmin mənimsənilmiş vəsaiti qardaşı Hafiz İmanov Maliyyə idarəsinin müdiri olanda buraxmışdı. Qardaşı Əfqanın stresdən gözləri tutuldu və indi də gözdən əlildirⅦ

Heybət İmanov. Bəli, məhz bu şəxs 20 ildir dövlətin sosial siyasətini icra edən mərkəzi icra hakimiyyəti orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yuva quraraq özünün bədnam əməllərini icra etməklə məşğuldur. İnsanların haqq etdiyi pensiyalar bu şəxsin tərtib etdiyi siyahılar əsasında dayandırılır, insanlara min bir zillət yaşadılır. Bu mənada nazir Sahil Babayevin sevimlisinə çevrilib. Pensiyaları kəsib, xalqa zülm yaşatmaq hesabına büdcəyə xeyir veririk deməklə özlərinə rahat yol seçiblər. Bunun hesabına özünəməşğulluq proqramlarından, mənzil tikintisindən milyonları rahatlıqla mənimsəyirlər, elə bil həmin pul büdcə pulu deyil. Əslində hakimiyyət rəsmiləri də nəhayət başa düşməlidirlər ki, insanları hakimiyyətdən narazı salan bu şəxslərin hakimiyyətə ancaq ziyanları dəyir. Onsuz xalqdan “qənaət etdiklərindən” də artıq məbləği müxtəlif yollarla özləri mənimsəyirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=192198

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031