Yeni Yasamalda qoçuluq edənlər: sakinlər tədbir görülməsini tələb edir – VİDEO

11.08.2023 - 11:03

Yeni Yasamalda Cabbarov Rauf və Emin Dayandur oğlu qardaşlarının qanun tanımadan vətəndaşları incitməsi, sözün həqiqi mənasında qoçuluq etməsi haqda cumhuriyyet.az-a məlumat daxi olub. Ərazi sakinlərinin sözlərinə görə adı çəkilən şəxslər burda at oynadır, bəzi sahibkarlara və fiziki çəhətdən zəif həmyaşıdlarına qarşı “reketlik” edir, nömrəsiz maşınlarla avtoxuliqanlıqla məşğul olurlar. Redaksiyamıza daxil olan məlumata görə dövlət qeydiyyat nişanı olmayan Tofaş markalı minik avtomobili ilə avtoxuliqanlıq edən bu iki qardaş iyulun 1-dəRuslan adlı şəxsi M.Ş.Xiyabani küçəsi 202A ünvanında yolun kənarında dayandığı yerdə qəsdən maşınla vurmuş və ona doğru yerdə dayanmadığını bildirərək, döymüşlər. (Hadisənin videogörüntülərini aşağıda təqdim edirik). Nəticədə qolu sınmış, qıçı, beli, sinə əzələləri zədələnmişdir. Hadisənin qarsısın almaq üçün müdaxilə etməyə çalışan şəxslərdən birinə 4 bıçaq zərbəsi endirlib. Maraqlıdır ki, hadisədən bir ay 10 gün keçməsinə baxmayaraq, bu günə qədər bu şəxslər haqqında heç bir tədbir görülməyib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə hadisə ilə bağlı təhqiqat işləri aparılsa da konkret tədbirlər görülməyib. Redaksiyamıza müraciət edən sakinlər qoçuluq edənlərə layiq olduqları cəza verilməsini və Yeni Yasmalda tüğyan edən kriminal “reket” qrupunun ləğv etməklə ictimai asayişin bərpasını istəyir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=194485

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728