Səbail icra başçısına maklerlik edən bələdiyyə sədri Təzəxan Məmmədov Badamdarda “qızıl qırır” – VİDEO

07.01.2024 - 10:21

Ölkəmizdə bir çox bələdiyyə sədrinin öz qanunsuz əməlləri ilə adını dillərə dastan etdiyi kimsəyə sirr deyil. Bu cür şöhrət sahiblərindən biri – son seçkilərdə Badamdar bələdiyyəsinin sədri vəzifəsini ələ keçirən Təzəxan Məmmədov bundan əvvəl ərazinin ən bacarıqlı makleri kimi tanınıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə peşəsini vərdiş edən bələdiyyə sədri elə indi də daha çox Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun makleri kimi fəaliyyət göstərir. Gün ərzində Badamdar ərazisindəki hər qarış boş torpağa belə müştəri axtarışına çıxan bələdiyyə sədri, bu torpaqları müxtəlif vəzifə sahiblərinə, iş adamlarına bazarlamaqla milyonlar qazanmaqdadır. Lakin digər bələdiyyə sədrlərindən fərqli olaraq Təzəxan Məmmədov bu məsələdə bir qədər fərqli strategiya sərgiləyir. Belə ki, o, bütün bazarlıqlara icra başçısı Vüqar Zeynalovun adı ilə gedir ki, bu da iki baxımdan bələdiyyə sədrinin işinə yarayır. Birincisi, icra başçısının da danışıqlar prosesinə daxil edilməsi müştəriyə təklif edilən torpağın qiymətini bir qədər də atırmağa, danışıqlar prosesinə daha çox ciddiyyət qazandırmağa imkan verir. İkincisi, bələdiyyə sədri torpaq alqı-satqısı ilə bağlı danışıqları icra başçısı adından aparmaqla “özbaşına” iş görmədiyini, başçı səviyyəsində himayə olunduğunu qarşı tərəfin diqqətinə çatdırır. Başqa sözlədesək, Təzəxan Məmmədov Vüqar Zeynalovun çətiri altında ailə büdcəsini uğurla inkişaf etdirməkdədir. Elə bunun nəticəsidir ki, bələdiyyə sədri ötənlərdə övladına nazirlərin belə həsəd aparacağı təmtəraqla toy etmiş, toy məclisində icra başçılarından tutmuş bir çox oliqarx-biznesmen iştirak etmişdir.
Bələdiyyə sədrinin torpaq alverinin öhdəsindən uğurla gəlməsinin nəticəsidir ki, icra başçısı Vüqar Zeynalov 2023-cü ilin avqustunda Təzəxan Məmmədovu Fəxri Fərmanla təltif etmişdir..Fərmanda Təzəxan Məmmədovun “rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə” təltif olunduğu bildirilir ki, bu da yanlış deyil. Çünki bələdiyyə sədri həqiqətən də rayonun ictimai həyatında aktiv iştirak edir ki, bu da özünü hər ay satılan və vəsaiti mənimsənilən hektarlarla torpağın timsalında aydın şəkildə göstərir.

Gələn yazımızda aşağıdakı mövzulara aydınlıq gətirəcəyik:

  • Təzəxan Məmmədovun iş adamlarına və məmurlara satdığı nəhəng torpaq sahələri hansılardır?
  • Paket sənəd” nədir və niyə bələdiyyə sədri bu sənədlər olmadan Vüqar Zeynalovun qəbuluna girmir?
  • Bələdiyyə sədrinin övladının toy məclisində hansı məmurlar iştirak edib və bu toy məclisi Təzəxan Məmmədova neçəyə başa gəlib?
  • Bələdiyyə sədri hansı nazir qardaşına Badamdar ərazisindən torpaq peşkəş edib?
  • Təzəxan Məmmədov maklerlik fəaliyyətinə görə hər işdən nə qədər pay alır?
  • Bələdiyyə sədri müştərilərlə əsas bazarlıqları harada, hansı məmurun restoranında həyata keçirir?

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197217

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829