Novxanı Bələdiyyə sədrinin “torpaq sevgisi”: Şahin Tağıyev sabiq MTN şefinə nə bağışlayıb?

09.01.2024 - 12:02

Novxanı bəldiyyəsinin sədri Şahin Tağıyevin uzun illərdir ki, bu kəndi şəxsi təsərrüfatı kimi idarə etdiyi heç kimə sirr deyil . Ölkə mediasında bugünə qədər yer alan yazıların təhlili də göstərir ki, bələdiyyə sədri uzun illər ərzində yalnız şəxsi maraqları uğrunda “tər töküb”. Bunu anlamaq üçün həm Şahin Tağıyevin malik olduğu nəhəng sərvətə, həm də Novxanı kəndinin acınacaqlı durumuna nəzər salmaq kifayətdir. Təsadüfi deyildir ki, bu gün Novxanı Bakı kəndləri arasında ən baxımsız kənd kimi səciyyələndirilir. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, dağılan yollar, vətəndaşların şəxsi vəaiti hesabına reallaşan kommunal layihələr, görkəmindən miskinlik və baxımsızlıq yağan küçə və səkilər Şahin Tağıyevin kəndə olan münasibətinin göstəricisidir.

Məlumat üçün qeyd edək ki, Şahin Tağıyev həm də vətəndaşlara olan laqeyd və ironik münasiibəti ilə diqqət çəkir. Belə ki, kənd yollarının sıradan çıxdığını, təmir və bərpaya ehtiyacı olduğunu, xüsusilə də qış aylarında bu yollardan istifadənin çətin və təhlükəli olduğunu bildirən, bununla bağlı bələdiyyə sədrinə öz narazılığını çatdıran vətəndaşlardan birinə Şahin Tağıyevin verdiyi cavab şokedicidir. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, vətəndaşın şikayətini dinləyən bələdiyyə sədri yolların bərbad vəziyyətindən şikayət edən hər kəsə “Jeep” marakılı avtomobil almağı məsləhət görüb. Bələdiyyə sədri bildirib ki, “Jeep” avtomobillərinin altı hündür olduğu üçün onlarla çala-çuxur yollarda hərəkət etmək daha asandır. Xatırladaq ki, hazıda Şahin tağıyevlə yanaşı, Novxanı bələdiyyəsinin əksər əməkdaşları məhz “Jeep” markalı avtomobildən istifadə edir.

Mətbuatda sabiq MTN şefi Eldar Mahmudova bağışlanan villalar, qiymətli hədiyyələr, “aylıq”lar barədə yazılar dərc edilir. Bir neçə gün əvvəl saytlar Abşeron RİH-nin keçmiş başçısı ( hazırda Sumqayıt şəhərinin başçısı ) Zakir Fərəcovun Eldar Mahmudova Abşeron rayonu ərazisində villa bağışladığı barədə xəbər yaymışdı. Bununla yanaşı cumhuriyyet.az-a daxil olan məlumata görə, Zakir Fərəcov keçmiş MTN şefinə təkcə villa bağışlamayıb, həm də rayonun ərazisində böyük torpaq sahələri hədiyyə edib. Bu işdə Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev daha çox əliaçıqlıq edib. Məlumatda qeyd olunur ki, Şahin Tağıyev təkcə icra başçısının tapşırığını yerinə yetirmək üçün deyil, həm də məşhur motellərin birində çəkilmiş “disk”i almaq üçün belə səxavət göstərib.

Şübhəsiz ki, Şahin Tağıyevin torpaq alverinin miqyasına, habelə qazandığı pulların başgicəlləndirici məbləğinə baxsaq, bələdiyyə sədrinin heç də “tənbəl adam” olmadığını görərik. Hər şeydən öncə qeyd edək ki, Novxanı Bakı kəndləri arasında yeganə kənddir ki, burada bir qarış da olsun boş torpaq sahəsi yoxdur. Bütün torpaq sahələri Şahin Tağıyev və onun yaxın ətrafı tərəfindən illər öncə mənimsənilib ki, bura örüş sahələri, yol və səkilər də daxildir. İşin ən maraqlı tərəfi isə bu toprpaq sahələrinin böyük əksəriyyətinin bələdiyyə sədri tərəfindən qanuni imitasiya etmək yolu ilə mənimsənilməsidir. Bu mənimsəmənin qanun pərdəsi altında necə baş verməsi haqqında növbəti reportajımızda ətraflı məlumat verəcəyik. Hələlik isə cumhuriyyet.az olaraq qeyd edək ki, bələdiyyə sədri kənddəki bütün örüş sahələrini, eləcə də kəndin girişində  – yamac boyu ərazilərdəki ənənəvi örüş yerlərini müxtəlif iş adamlarına, məmur və oliqarxlara satmaqla böyük pullar əldə edib. Kənddə bu gün satışa çıxarılan torpaq sahələrinin 90%-i Şahin Tağıyev və onun yaxın ətrafına məxsus olan, illər öncə  sənədləşdirilən torpaq sahələridir. Hansı ki, bələdiyyə sədri bu yolla öz daimi gəlirini təmin edir, nəvə-nəticələri üçün “gün ağlayır”.

Gələn yazımızda:

  • Bələdiyyə sədri Sovet İttifaqı Qəhrəmanının adını daşıyan hansı küçədəki yolu satıb?
  • Şahin Tağıyevin “hərrac fırıldağı”: Hamının bilib heç kimin bilmədiyi nədir?
  • Şahin Tağıyev ona “pul atan” qadın məmur haqqında niyə susmağa üstünlük verib?
  • Bələdiyyə sədrini iri məmurların kənddə apardığı villa tikintisinə hansı maraq gətirir?
  • Şahin Tağıyevi himayə edən kölgədəki məmur kimdir və bu himayənin əvəzində nə əldə edir?
  • Bələdiyyə sədrinin “qaz vurub qazan dolduran” İlqar adlı əməkdaşı kimdir?

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197330

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829