Xırdalanda əsən güclü külək tikintidə təhlükəli anların yaşanmasına səbəb olub. Cumhuriyyet.az bildirir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə görüntülər daxil olub.

Güclü külək zamanı bina tikintisində istifadə olunan dəmir konstruksiya və taxta parçaları səkiyə və yola tökülüb. Bu vəziyyət həm piyadalar, həm də sürücülərə çətinlik yaradıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.