Baş Nazirin qərarı Abdin Fərzəliyevi çətin duruma salıb – FOTO

20.02.2024 - 14:40

Baş nazir Əli Əsədovun 2023-cü ilin dekabr ayının 30-da “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiqləməsindən sonra Bakı və Abşeron rayonunda aparılan qanunsuz tikililərin taleyini sual altına alıb.

Qanunun imzalanmasında ay yarım keçməsinə baxmayaraq, Bakı və Abşeronda xeyli sayda tikintilərin dayandırılıb.

AzFakt.com-un əldə etdiyi məlumata görə Bakı şəhərinin yeni Baş Planına əsasən Bakı-Sumqayıt magistralının kənarlarında olan qanunsuz obyektlər söküləcək. Əldə etdiyimiz məlumata görə sökülməsi planlaşdırılan obyektlərdən biri də uzun müddətdir mediada ciddi müzakirə olunan, fərdi ev adı altında Xırdalan dairəsində inşa edilən ticarət mərkəzidir.

Sözügedən obyekt Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alınıb.

Şəhid plakatının arxasında inşa edilən ticarət obyektinin rəsmi sənədlərdə sahibi Fərzəliyev Bəhruz İsfəndiyar oğludur.

Lakin Fövqaladə Hallar Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qanunsuz tikiliyə göz yummasında məlum olur ki, bu obyektin əsl sahibi heç də rəsmi sənədlərdə göstərilən şəxs deyil.

Əldə etdiyimiz məlumata görə son tamamlama işləri gedən obyektdə bir neçə gündür işlərin dayandırıldığı bildirilir.

Məlumata görə işlərin saxlanmasına səbəb Bakı şəhərinin yeni Baş Planı ilə əlaqədardır.

Məsələni diqqətdə saxlayacağıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198647

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930