Abşeron icra hakimiyyətinə Prezident Adminstrasiyasından rüşvət xəbərdarlığı: “bu işlərə son qoyun”

23.02.2024 - 12:05

Hüquqşünas Natiq Ələsgərov Abşeron Rayon İcra Hakimiyyətindən şikayətçidir. Qaynarinfo xəbər verir ki, Natiq Ələsgərov sözügedən qurumu sahibkarlıq fəaliyyətinə mane olmaqda ittiham edir. Hüququşünas bununla bağlı ölkə rəhbərliyinə müraciət edib. Müraciətin bir surəti də redaksiyamıza daxil olub.

Natiq Ələsgərov bildirib ki, Abşeron rayonu, Pirəkəşkül kəndinin ərazisində ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ənənəvi Abşeron sortlarından ibarət əncir bağı salıb. Dövlət ona bu iş üçün subsidiya da ayırıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş icazə kodu ilə “Agro Turizm” sahəsini də inkişaf etdirməyə başlayıb. Hüquqşünasın sözlərinə görə, həmin torpaq sahəsində qanunvericliyin tələblərinə uyğun olaraq təsərrüfat anbarı tikintisinə başlayıb: “Tikintiyə başladıqda Abşeron Rayon İcra Hakimiyyəti başçısının Pirəkəşkül kəndi üzrə Elməddin adlı nümayəndəsi bildirdi ki, tikinti işlərinə icazəni mən vermirəm. O, Mirqasım adlı şəxsə zəng edərək mənimlə görüşməsini tapşırdı. Dedi ki, nə lazımdırsa verəcək, yəni, mən verəcəm, məsələni həll edin. Mənə sonuncunun nömrəsini yazıb təqdim etdi. Mirqasım adlı şəxs ilə görüşdükdə, bildirdi ki, rəhbərlik ilə razılaşdırıb, sənə xəbər edəcəm. Mirqasım telefon vasitəsi ilə mənə dedi ki, rəhbər yox idi, təzə gəlib və 30 min manat istəyirlər tikinti üçün. Ona bildirəndə ki, mən təyinatı üzrə tikinti aparıram və bu məbləğ həddindən artıq çoxdur, cavabı özünün sadəcə vasitəçi olduğunu bildirdi. Nəhayətdə mənə dedi ki, 25 min manata razılaşdılar, pulu gətir və tikintini apar.
Mirqasımla danışıqlar apardığım bir vaxtda Elməddin adlı icra nümayəndəsi zəng etdi ki, işini icra elə tez bitir, elə eləmə mən əraziyə gəlim. Nəhayət, noyabrda Abşeron İcra Hakimiyyətinin inzibati binasının qarşısında rüşvət olan vəsaiti aparıb təqdim edəndə, Mirqasım bildridi ki, pulu say, ver əməkdaşımıza, həmin şəxs başçının qohumudur və pulları bu şəxs alır. Həmin şəxs maşınıma əyləşərək pulları bir-bir saydı və götürdü. Yəni Mirqasım adlı şəxs məndən rüşvəti almadı, pulu digər vəzifəli şəxs aldı. Qeyd etdiklərim cinayət işinin materialları ilə tam sübuta yetirilir. Bu günə olan nəticə belədir ki, cinayət işi üzrə yalnız Mirqasım adlı şəxs həbs edilib, digər vəzifəli şəxs – məni Mirqasıma yönəldən təhrikci və rüşvəti alan şəxs həbs edilməyiblər!”
Natiq Ələsgərov əlavə edib ki, bu azmış kimi gecə ilə gəlib tikintinin bir hissəsini söküblər.
“Prezident Adminstrasiyasında qəbul zamanı Abşeron İcra Hakimiyyətinə yanımda zəng etdilər, bildirdilər ki, bu işlərə son qoyun, vətəndaşı inçitməyin, müraciətinə cavab verin. İcra Hakimiyyətinin başçısının 1-ci müavini “baş üstə” deməsinə baxmayaraq, 22 yanvar tarixindən bu günə qədər müraciətimə heç bir cavab verilməyib”.
Mirqasım Mirişli Abşeron İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsələhətçi işləyib. O, ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiayaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Baş Prokurorluğun bu barədə yaydığı məlumatda bildirilir ki, əməliyyat-istintaq tədbirləri ilə Mirqasım Mirişlinin Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan tələb etdiyi 30 min manat pul vəsaitinin 25 min manat hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Həmin vəzifəli şəxs qeyd edilən rüşvət məbləğini vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onun xidməti otağı və avtomobilində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.
Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qaynarinfo Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq, Natiq Ələsgərovun iddialarına münasibət öyrənmək istəsə də, bu, mümkün olmayıb.
Pirəküşkülün icra nümayəndəsi Elməddin Firidovla da əlaqə saxlamağa cəhd etdik. Onun xidməti nömrəsinə zəng vursaq da, operatorun cavabı belə oldu: “Bu nömrəyə xidmət göstərilmir”.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, bu posta 19 yanvar 2022-ci ildə təyin edilib. Bundan əvvəl isə Nərimanov rayonuna başçılıq edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198778

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930